Mahir Şükürov: "Tuyqun Nadirovun mənimlə bağlı səsləndirdiyi fikirlərlə razılaşmıram"

23.09.2011 | 6244 dəfə oxunub

"Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirovun Mahir Şükürovla bağlı cəzanın azaldılmasına sərt reaksiya verib. Klub rəsmisinin Şükürovun cəzasının hansı səbəbə görə yüngülləşdirdiyini nəzərə alaraq, Elnur Allahverdiyevin də bağışlanmasını tələb edib. Məsələ ilə bağlı Mahir Şükürov açıqlamasında belə deyib: "Mənə dörd oyunluq cəza verilmişdi. Bu oyunlardan üçünü buraxdım. Milli komandanın üzvü olduğum üçün bir oyunu şərti olaraq bağışladılar. Əgər bir də belə bir səhvə yol versəm, cəzam arta bilər.

Hardasa mənə güzəşt etdilər. Tuyqun Nadirovun mənimlə bağlı səsləndirdiyi fikirlərlə razılaşmıram. O ki, qaldı Elnur Allahverdiyevin cəzasının yüngülləşdirilməsinə o, cəmi bir oyunluq cəzalanıb.

Elnur mənim dostum, qardaşımdır, amma həmin epizodda həqiqətən kobud oynamışdı. Bir oyun gözləsin, növbəti turda komandasına kömək edər. Elnura dörd oyun yox, bir oyun cəza verilib".

Şükürov "Xəzər Lənkəran" oyunun böyük əhəmiyyət kəsb etdiyini də bildirdi:

"Neftçi" ilə oyunda komanda məğlub oldu. "Xəzər Lənkəran"la qarşılaşma bizim üçün çox vacib oyundur. Liderlə xal fərqini azaltmaq üçün səfərdə qələbə qazanmağımız önəmlidir.

Vaxtilə "Xəzər Lənkəran"da oynamışam. Orada azarkeşlər komandaya möhtəşəm dəstək verir. Çox çətin və gərgin oyun olacaq. Səfərdə bir xal qazansaq belə bunu pis nəticə hesab etməyəcəm. Çünki Lənkəran səfərindən xal gətirmək çətin olur".

premyerliqa.az


  #2   Adınız: Polad;   E-mail: ---

23.09.2011 23:58

Hami Stadium.az oxusun, yarimciqda olsa sherhleri verir, haminin fikirine hormetle yanashir, o biri sayitlar kimi deyil.

  #1   Adınız: Polad;   E-mail: ---

23.09.2011 22:53

qaracidi fikir verme, cakkal ulayar karvan kecer, ishinde ol qaqa.

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail