Ağasəlim Mircavadov: "İstefa” şüarlarının mənim təşkil etdiyimi iddia edənlər belə vicdansız söhbətlərdən əl çəksinlər"

23.09.2011 | 4947 dəfə oxunub

“Mən həmişə istefanın əleyhinə olmuşam. Azarkeşləri Qurban Qurbanov əleyhinə öyrətdiyimi, “istefa” şüarlarının mənim təşkil etdiyimi iddia edənlər belə vicdansız söhbətlərdən əl çəksinlər”. Stadium.az xəbər verir ki, bunu açıqlamasında 14 aydır işsiz olan təcrübəli mütəxəssis Ağasəlim Mircavadov deyib. 
Mircavadov bildirib ki, Premyer Liqanın VI turunda “Xəzər Lənkəran”la oyun zamanı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov əleyhinə səslənən “istefa” şüarlarından xəbərsizdir, ümumiyyətlə, həmin şüarları səsləndirənləri tanımır. 64 yaşlı mütəxəssis bir müddətdir, stadionlara getmədiyini və Azərbaycan çempionatının oyunlarına baxmadığını da əlavə edib. 

“Qarabağ”ın “Xəzər Lənkəran”a 0:1 hesabı ilə uduzduğu görüşün ikinci hissəsində Ağdam komandasının tərəfdarlarının yer aldığı sektordan baş məşqçi Qurban Qurbanov əleyhinə “istefa” şüarları səsləndirilib. Qurbanovun özü həmin qrupun öyrədilmiş adamlardan ibarət olduğunu açıqlayıb. 

O, konkret ad çəkməsə də, Ağdam klubuna yaxın qaynaqlar “istefa” şüarı səsləyənlərin arxasında Ağasəlim Mircavadovun durduğunu iddia edir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail