"Neftçi"nin futbolçusu əyləncəni millidən üstün tutur! FOTO

05.09.2015 | 4513 dəfə oxunub

Bu gün AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində 7-ci qrupda yer alan Azərbaycanın U-21 yığması Avstriyadan olan həmyaşıdları ilə qarşılaşıb. Stadium.az xəbər verir ki, Yaşar Vahabzadənin komandası doğma azarkeşləri önündə rəqibinə 0:2 hesabı ilə məğlub olub. 

Sözsüz ki, bu nəticə bizi heç də təəccübləndirmir. Bizi narahat edən məqam isə tamam başqadı. Məsələ burasındadı ki, sözügedən qarşılaşma davam edən vaxt U-21 millimizin üzvü Samir Məsimov "Gənclik"də əməkdaşımızın kamerasına tuş gəlib. 

Düzdü, "Neftçi"nin yarımmüdafiəçisi bu qarşılaşma üçün milliyə dəvət almayıb. Ancaq nə olsun ki? O, şəhərdə gəzmək, əylənmək əvəzinə komanda yoldaşlarına tribunadan da dəstək verə bilərdi. Nəzərə alaq ki, qarşılaşma televiziya vasitəsi ilə də canlı yayımlanırdı. Deməli, milli "Neftçi"nin futbolçusu üçün elədə vacib deyil. Maraqlı olsaydı, gəzintidə yox, ya televiziya qarşısında, ya da tribunada olardı.

Məgər milli komanda hər birimizin deyil? "Neftçi"nin icraçı direktoru Elnur Məmmədov məhz bu məqamı ön plana çəkərək ötən gün keçirilən Azərbaycan - Xorvatiya matçında idi. Rəhbər dəstək üçün stadiona gedirsə, futbolçu niyə fərqli məkan seçir?



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail