"Futbolçu universal olmağı bacarmalı, bütün mövqelərdə çıxış etməyə hazır olmalıdır"

“Kəpəz”in baş məşqçisi Şahin Diniyevin dəvəti ilə əvəzedici heyətdən əsas komandaya çağırılan gənclər artıq “dubl”a qayıdıb. Əsas komandanın Yevlaxda keçirilən təlim-məşq toplanışında iştirak edən gənclər arasında Rəhman Allahverdiyev də vardı. O, “Şəmkir”ə qarşı yoxlama oyununda da meydana çıxmışdı.
Stadium.az xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlama verən 19 yaşlı yarımmüdafəçi əsas komandaya çağırılmasından danışıb: “Biz gənclərə etimad göstərib əsas komandaya dəvət etmişdilər. Təlim-məşq toplanışında çox şey öyrəndik. Keçdiyimiz hazırlığı normal qiymətləndirirəm. Verilən bütün tapşırıqları yerinə yetirməyə çalışdıq. Şahin müəllim təcrübəli mütəxəssisdir, yenidən əsas komandaya dəvət alsaq, möhkəmlənmək üçün əlimizdən gələni edəcəyik”.
Allahverdiyev üç ildir ki, “Kəpəz”in şərəfini qoruyur. Allahverdiyev bundan əvvəlki iki mövsümdə “sarı-göylər”in heyətində birinci divizionda çıxış edib. Universallığı ilə seçilən futbolçu müdafiə və yarımmüdafiə xəttində oynaya bilir: “Hər bir futbolçunun aruzusu elitada çıxış etmək, əsas heyətdə oynamaqdır. Bizə verilən şansdan maksimum istifadə edib özümüzü doğrultmalıyıq. Meydanda məni məşqçilər ayrı-ayrı mövqelərdə sınayıb. Harada uyğun görüblərsə, orada da layiqincə oynamağa çalışmışam. Futbolçu universal olmağı bacarmalı, bütün mövqelərdə çıxış etməyə hazır olmalıdır. Məşqçi nə deyirsə, onu etməliyik”.
![]() ![]() ![]() ![]() ![]() |
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|















Xorvatiya - Kanada - 4:1 VİDEO
|
Belçika - Mərakeş - 0:2 VİDEO
|
|
Fransa - Danimarka - 2:1 VİDEO
|
||
Tunis - Avstraliya - 0:1 VİDEO
|
28.11.2022

27.11.2022





26.11.2022




25.11.2022




24.11.2022





23.11.2022
30.04.2022


29.04.2022
28.04.2022


27.04.2022


22.04.2022

20.04.2022



19.04.2022

18.04.2022






17.04.2022






![]() |
O | Q | H | M | T-f | X | ||
![]() |
||||||||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
![]() |

08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |