"Qarabağ"dan növbəti transfer

09.09.2015 | 4669 dəfə oxunub

"Qarabağ" növbəti transferini gerçəkləşdirib.

Klubun mətbuat xidmətindən "Xəzər Xəbər"ə verilən məlumata görə, Ağdam təmsilçisi makedoniyalı futbolçu Vladimir Dimitrovskini transfer edib.

Makedoniya yığmasının üzvü ilə iki illik müqavilə imzalanıb. Artıq 26 yaşlı müdafiəçinin adı Peşəkar Futbol Liqasına sifariş edilib.  

Qeyd edək ki, daha öncə Makedoniya Futbol Federasiyası azad agent olan Dimitrovskiyə transfer vərəqəsini vermədiyi üçün onun "Qarabağ"a keçidinin rəsmiləşməsi yubanıb. Bu səbəbdən Ağdam təmsilçisi futbolçunun adını Avropa Liqasının qrup mərhələsinin oyunları üçün UEFA-ya sifariş edə bilməyib. Bu isə o deməkdir ki, Dimitrovski Azərbaycan Premyer Liqasının oyunlarından fərqli olaraq, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a kömək edə bilməyəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail