"Qəbələ" "İnter" üçün hazırlaşır

10.09.2015 | 2381 dəfə oxunub

“Qəbələ” Azərbaycan Premyer Liqasının IV turunun “İnter”lə oyununun hazırlıqlarına start verib. 

Stadium.az xəbər verir ki, Ukraynanın Odessa şəhərində keçirilən təlim-məşq toplanışını sentyabrın 7-də başa vurub, Qəbələyə qayıdan “qırmızı-qaralar” bir günlük istirahətdən sonra yenidən bir araya gəlib. Roman Qriqorçukun komandası bu gün şəhər stadionunda axşam məşqini keçirib. Axşam məşqinə fiziki hazırlıqla başlayan futbolçular ardınca topla çalışıb. Növbəti məşqini də doğma stadionda keçirəcək komandanın sentyabrın 11-də Bakıya yollanması planlaşdırılıb.

“Qırmızı-qaralar”ın oyun öncəsi son məşqi də həmin gün paytaxtda baş tutacaq.

Xatırladaq ki, IV turun “İnter” – “Qəbələ” qarşılaşması sentyabrın 12-də keçiriləcək. “İnter Arena”da oynanılacaq matç saat 20:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail