"Neftçi İK"nun təşkilatçılığı ilə keçirilən spartakiada davam edir

12.09.2015 | 3274 dəfə oxunub

Neft, qaz və kimya sənayesi işçilərinin XXIII Spartakiadasında atletika, üzgüçülük və şahmat yarışlarının ardınca darts, kəndirdartma və dama yarışlarına da yekun vurulub. Stadium.az xəbər verir ki, Tofiq İsmayılov adına Olimpiya Təlim-İdman Kompleksində keçirilən yarışlarda darts növündə qadınlar və kişilər arasında Neft Kəmərləri İdarəsinin komandası liderliyi heç kəsə güzəşt etməyib. Heydər Əliyev adına Neft Emalı Zavodu hər iki cinsin nümayəndələri arasında ikinci olub. Qadınlar arasında "Neft Daşları” NQÇİ, kişi komandalarından isə "Siyəzənneft” NQÇİ 3-cü yerə çıxıb.

 Kəndirdartma yarışında Heydər Əliyev adına NEZ-in İlqar Əliyev, Paşa Novruzov, Elvin Cəfərov, Nurulla İsgəndərov, Zamin Əsədov və Arif Qədimovdan ibarət komandası liderliyə yüksəlib. Neft Kəmərləri İdarəsi (Rafiq Əliyev, Rüstəm Cəfərov, Elşad Rzayev, İntiqam Cəlilov, Hüseyn Əliyev, Fuad İsmayılov) 2-ci, "Qaz İxrac” İdarəsinin komandası (Hikmət Əliyev, Rövşən Şahsuvarov, Emin Ağayev, Rüfət Məmmədov, Ramin Səfərov, Anar Məhərrəmov) isə 3-cü yeri tutub.

 Dama növündə də Heydər Əliyev adına Neft Emalı Zavodunun komandası birinci olub. Neft Kəmərləri İdarəsi və Nəqliyyat Departamentinin komandaları isə müvafiq olaraq 2-ci və 3-cü pillələrdə qərarlaşıblar.

 Hər üç idman növü üzrə qaliblərə klubumuzun diplom, medal və xatirə hədiyyələri təqdim olunub.

 "Neftçi İdman Klubu”nun təşkilatçılığı ilə keçirilən spartakiada davam edir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail