Kiyev "Dinamo"su "Qəbələ"yə "yox" deyib

12.09.2015 | 2801 dəfə oxunub

"Qəbələ" klubunun Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə yoxlama oyunu baş tutmayıb. Stadium.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin baş məşqçisi Sergey Rebrov açıqlama verib.

41 yaşlı mütəxəssis bildirib ki, israrlı təklif "qırmızı-qaralar"dan gəlib. Amma həmin vaxt "Dinamo"nun futbolçuları milli komandaların düşərgəsində olduqlarından, görüş baş tutmayıb: "Biz bilmirdik ki, sərəncamımızda neçə oyunçu qalacaq. Çox ciddi rəqib önünə 6 futbolçu ilə çıxmaq məqsədəuyğun olmazdı".

Sergey Rebrov "Qəbələ" əvəzinə, yerli "Desna" ilə üz-üzə gəldiklərini söyləyib. Bu, "Dinamo"da düşünüldüyündən də çox oyunçunun qalmasından sonra gerçəkləşib.

"Qəbələ" sentyabrın əvvəllərində Ukraynanın Odessa şəhərində təlim-məşq toplanışında olub. Hazırlıq çərçivəsində "Çernomorets"lə qarşılaşan baş məşqçi Roman Qriqorçukun komandası 2:0 hesabı ilə qalib gəlib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail