Sabiq "Xəzər Lənkəran"lı acı məğlubiyyət haqqında:"Oyun günü Rednik bildirdi ki.."
"Zirə"nin qapıçısı Kamal Bayramovun Stadium.az-a müsahibəsi
Kamal, Bu il çempionatımızda 2 komanda Avroliqanın qrupuna vəsiqə qazansa da, çempionluq uğrunda da cəmi 2 komanda yarışacaq. Bunu Premyer Liqamızın səviyyəsinin aşağı düşməsi ilə bağlamaq olar?
-"Qarabağ" və "Qəbələ"yə uğurlar arzu edirəm. İnanıram ki, ölkəmizi layiqincə təmsil edəcəklər. Premyer Liqamıza geldikə onu deyə bilərəm ki, çempionatın əvvəlində hansı komandanın hansı yer uğrunda mübarizə aparmasını demək olmaz. Qarşıda çətin və çox həyəcanlı oyunlar var. Məncə, Premyer Liqamızın sonuna sonunda çempionatın səviyyəsi barədə konkret fikir bildirmək daha yaxşı olar.
Yəqin ki, FİFA-nın "Xəzər Lənkəran" haqqında çıxardığı qərrardan xəbərin var..
-"Xəzər Lənkəran"ın belə duruma düşməsi məni de narahat edir. Onlar son vaxtlar tez-tez bele məsələlər ilə üz-üzə qalır. İnanıram ki, Mübariz müəllim bu işləri tezliklə qaydasına qoyacaq.
"Xəzər Lənkəran"dan söz düşmüşkən qayıdaq bir qədər geriyə. Rednikin dönəmin, "Neftçi"yə 5:0 hesabı ilə məğlubiyyətə. Deyilənə görə, Rednikin torbasını meydanda olan futbolçular tikmək üçün bu yola əl atdılar..
-Məni "Xəzər Lənkəran"a Rednik dəvəT etmişdi və xətrimi də çox istəyirdi. Oyun günü Rednik mənə bildirdi ki, qapıda mən qalacam və ehtiyyatda gənc Orxan Sadıqlı. Həmin vaxtı mənim də 37.5 dərəcə qızdırmam var idi. Halsız idim, amma meydana birtəhər çıxdım. Həmin oyunda "Xəzər Lənkəran"a kimsə xəyanət edibsə, Allah onun cəzasını versin. Mən var gücümlə çıxış etdim və istəmədən 5 top buraxdım. Oyundan sonra öz istəyimlə klubdan getmək istəsəm də, icazə vermədilər.
Necə ola bilər ki, əzəli rəqibə qarşı oyundan 1 gün öncə komandanın hər iki təcrübəli qapıçısı zədələnir. Bu təsadüfdü, səncə?
-Mənim dizimdə də zədə vardı. Amma elə oldu ki, Kamranın zədəsi mənimkindən ağır oldu və Rednik məni meydana buraxdı. Həmin oyunda buraxılan qollarda yalnız 3-cü qol mənim səhvim oldu. Bunu futbol mütəxəssisləri də bildirdi. Başqa heç bir səhvlə yadda qalmadım.
Komanda heç də pis nəticələr qazanmırdı və demək olar kı, bütün oyunçulara Rednik şans verirdi. Onda probleminiz nə idi?
-Mənim Redniklə heç bir problemim yox idi. Onun dilini de heç başa düşmürdüm. Onun zamanında oyunlar çox sönük keçsə də, nəticə qazana bilirdik. Rednik klubda olanda hə şey qaydasında idi, nə oldusa, Rednikin gedişindən sonra oldu. Bir daha deyirəm ki, kimin qelbinde Rednikə və "Xəzər Lənkəran"a qarşı xəyanət vardısa, Allah onun cəzasını versin.
Biraz da "Neftçi" haqqında danışaq. "Xəzər Lənkəran"da olanda hər halda bu komanda ilə əzəli rəqib olmusan. Onların belə aciz vəziyyətə düşməsini nə ilə bağlıyırsan?
-"Neftçi" haqqında geniş fikir bildirmək bəlkə də düzgün olmaz. Amma onu bilirəm ki, Sadıq Sadıqov gedəndən sonra bu komanda öz oyununu və hədəfini itirdi. Bir zamanlar çempionluq, kubok və Avroliqanın qrup mərhəsləsi üçün mübarizə aparan komanda indi çox gərgin günlərini keçirir. Məncə, Sadıq Sadıqovun vaxtında komanda daha düz yolda idi.
Sonda "Zirə" haqqında fikirlərini bilmək istərdik. Komandanın hədəfləri nədən ibarətdi?
-"Zirə" yeni yaranmış klubdu. İndi əsas məqsədimiz bundan ibarətdir ki, mübariz bir komanda yaradaq və baxımlı futbol oynayaq. İlk ilimizdə futbol ictimaiyyəti arasında müsnət fikir yaratsaq, bunu yaxşı bir nəticə saymaq olar. İnanıram ki, uğurlu çıxışımızı davam etdirəcəyik.
Cavid ƏHMƏDOĞLU
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |