Dünya çempionatında 8 medal və 11 lisenziya

13.09.2015 | 2754 dəfə oxunub

Amerika Birləşmiş Ştatlarda 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı başa çatıb.

Stadium.az xəbər verir ki, bu günə qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq), qadın güləşçilərdən Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq) və Yuliya Ratkeviç (58 kq), sərbəst güləşçilərdən Toğrul Əsgərov (65 kq), Məhəmmədhacı Xatiyev (86 kq) və Xetaq Qazyumov (97 kq) Olimpiya Oyunlarına vəsiqə əldə edib. Yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) gümüş, Saman Təhmasibi (85 kq) bürünc, qadın güləşçilərdən Mariya Stadnik (48 kq) gümüş, Yuliya Ratkeviç (58 kq) bürünc, sərbəst güləşçilərdən Hacı Əliyev (61 kq) qızıl, Xetaq Qazyumov (97 kq) bürünc medala yiyələnib. 

Çempionatın son günündə isə sərbəst güləş üzrə 57, 70, 74 və 125 kq çəki dərəcələrində qaliblər müəyyənləşib. Güləşçilərimiz günü bir gümüş medalla tamamlayıb.

Cəmaləddin Məhəmmədov (125 kq) finala qədər bütün rəqiblərini böyük fərqlə məğlub edib. İlk olaraq İraqlı Mohammed Sabah, ardınca Yaponiya təmsilçisi Nobuyoşi Arakidanı məğlub edən Cəmaləddin, 1/4 finalda Monqolustan güləşçisi Çuluunbat Jarqasaixanı təmiz qələbə ilə üstələyərək, həm yarımfinala yüksəlib, həm də Rio Olimpiadasına vəsiqəni təmin edib. Cəmaləddin Məhəmmədov Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanan 11-ci güləşçimiz olub. Yarımfinalda Gürcüstan təmsilçisi Geno Petriaşvilini 57 saniyədə diz çökdürən güləşçimiz finala yüksəlib. Finalda Cəmaləddinin rəqibi Türkiyəli Avropa və Dünya çempionu Taha Akgül olub. Görüşü məğlub başa vuran güləşçimiz Dünya çempionatını gümüş medalla başa vurub.  



  #1   Adınız: Silver;   E-mail: [email protected]

13.09.2015 14:16

Qarabag 1-0 Xezer Lenkeran icmal->
https://www.youtube.com/watch?v=dfSU5o-8EXU

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail