Gəncədə işçiləri stadiona zorla aparırlar - ÖZƏL

14.09.2015 | 2856 dəfə oxunub

“Kəpəz”in Premyer Liqaya qayıtması Gəncə futbolsevərlərini yaman ruhlandırıb. İnsaf naminə də deyək ki, baş məşqçi Şahin Diniyev yaxşı komanda yaradıb. “Kəpəz” hər oyun döyüşür. Arxada qalan 4 turdan isə 5 xal toplayıb.

Ortada isə başqa maraqlı məqam var. Belə ki, rəsmi məlumatda bildirilir ki, son turun “Kəpəz” - AZAL matçında Gəncədəki oyunu 13200 tamaşaçı izləyib. Bu da son 4 mövsüm üçün ən yüksək göstəricidir. Bu görüşədək mövsümün rekordu II turun "Kəpəz" - "Zirə" oyunu (1:1) idi - 12500.

Gəncədə azarkeşlərin futbola marğının böyük olması heç kəsə sir deyil. Ancaq Gəncədən redaksiyamıza çox maraqlı fakt daxil olub. Belə ki, məlumatda Gəncədəki bütün dövlət iş yerlərindən işçilərin stadiona zorla aparıldığı bildirilir. Belə ki, müəllimlər, həkimlər, bütün dövlət iş yerlərində çalışanların hamısı stadiona məcburiyyətdən gedir. Hər kəsə bildirilib ki, stadiona getmək mütləqdir. Bu qərar isə Gəncə Şəhər icra başçısı Yelvar Vəliyevin birbaşa göstərişidir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail