"Qəbələ"nin məğlubiyyətsizlik seriyasına "İnter" son qoydu
“Qəbələ”nin Premyer Liqadakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb.
Stadium.az xəbər verir ki, "qırmızı-qaralar” 15 matçdan sonra meydanı xalsız tərk edib.
Azərbaycan Premyer Liqasının IV turunun “İnter”lə qarşılaşmasına 1:2 hesabı ilə uduzan Roman Qriqorçukun komandası sonuncu dəfə ötən mövsüm, fevralın 15-də məğlub olub. Həmin vaxt öz meydanında “Neftçi”yə 1:3 hesabı ilə yenilən qəbələlilər 209 gündən sonra xalsız qalıb. Bu müddətdə “Qəbələ” 12 qələbə qazanıb, 3 heç-heçə edib.
Klub tarixinin rekordunu təkrarlaya bilməyən əyalət klubu 2011-ci ildə imza atdığı 16 oyunluq seriyanın 1 addımlığında uduzub. Ümumiyyətlə isə ölkə çempionatlarının 23 illik tarixində 30-cu dəfə bir komanda 15 və daha çox matçda uduzmayıb. 2-ci dəfə buna nail olan “Qəbələ”dən başqa, “Neftçi” 6, “Xəzər Lənkəran” 4, “Şəmkir”lə “İnter” hərəyə 3, “Bakı”, “Karvan”, “Kəpəz”, “Qarabağ” və “Turan” 2, AZAL-la “Xəzri” 1 dəfə 15 və ya daha çox matçdan ibarət seriyaya imza atıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |