Elxan Abdullayev: "Nə qədər çalışsam da, bu səhvləri aradan qaldıra bilmirəm"

24.09.2011 | 6088 dəfə oxunub

"Oyunumuz alınmadı. Ən çox müdafiədən narazı qaldım". Stadium.az xəbər verir ki, bu sözləri "Qarabağ"la oyundan sonra AZAL klubunun baş məşqçisi Elxan Abdullayev deyib.

Abdullayev oyunla bağlı fikirlərini daha sonra belə izah edib: "Qarabağ" bu gün sübut etdi ki, bizdə müdafiə xətti yoxdu. Nə qədər çalışsam da, bu səhvləri aradan qaldıra bilmirəm. "Qarabağ"ı qələbə münasibəti ilə təbrik edirəm.

Mənə yeni futbolçular lazımdır. Bunun üçün qış transfer pəncərisi dönəmini gözləməliyəm. "Qarabağ"la oyundan öncə futbolçularla söhbətim oldu. Onlara bildirdim ki, sizinlə oynamaqdansa, əvəzedici heyətin oyunçuları ilə mübarizə aparmaq daha yaxşıdır.

Çünki sizinlə onsuz da uduzuram. Ondansa, gənc oyunçulara şans versəm daha yaxşı olar. Azarkeşlərin məni istefasaya çağırmasına gəldikdə isə belə şüarlar eşitməmişəm. 

Əgər belə şey olubsa, çox güman ki, qışqıranların çoxusunu uşaqlar təşkil edib. İstefa barədə isə yalnız rəhbərlik tərəfindən mənə hər hansı bir işarəsindən sonra düşünə bilərəm".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail