"“İlk üç oyunda qələbə qazana bilməsək də..."

16.09.2015 | 2599 dəfə oxunub

“Burada hər şey yaxşıdı və klubun durumu məni qane edir. Necə lazımdırsa, oyunlara da elə hazırlaşırıq. Oyundan oyuna komandanın çıxışı yaxşılaşır, futbolçular məşqçilərin istədiyi nəticələri qazanmağa səy göstərir”.

Stadium.az xəbər verir ki, bu sözləri “Kəpəz”in qapıçısı Tadas Simaitis deyib.

Klubun mətbuat xidmətinə danışan litvalı qapıçı komandanın çıxışı haqda da fikirlərini bölüşüb: “İlk üç oyunda qələbə qazana bilməsək də, AZAL-a qarşı görüşdə arzulanan qələbə xalını aktivə yazdıq. Məni ən çox narahat edən məqam “Zirə” ilə ev matçında qələbəni son anlarda əldən verməyimiz oldu. Yaxşı oynadıq, demək olar ki, üç xal əlimizdə idi. Amma qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bilmədik. Bilirəm ki, komandamızın yaxşı gələcəyi var. Çempionatın irəliləyən turlarında qələbələrimiz daha çox olacaq. Ruhdan düşmək qətiyyən olmaz”.

25 yaşlı “çərçivə” qoruyucusu çempionatın ilk turundan etibarən əsas heyətdə meydana çıxıb və bütün oyunları əvəzedilmədən keçirib. Tadas məşqçilər korpusunun etibar etdiyi futbolçuların ön sırasında gəlir: “Öz oyunum haqda nə deyəcəyimi bilmirəm. Yəqin ki, buna kənardakılar qiymət verə bilər. Amma söyləyim ki, işlər pis getmir. Yalnız “Zirə” ilə oyunda səhvim baha başa gəldi. Qol epizodunu hələ də unuda bilmirəm”.

Simaitis “Kəpəz” azarkeşlərindən də bəhs edib. Hər zaman sosial şəbəkələr vasitəsi ilə gəncəli fanatları fərqləndirən qapıçı şərəfini qoruduğu komandanın möhtəşəm dəstəyə malik olduğunu söyləyib: “Hələ ilk turda necə fanatlarımızın olduğunu görmüşdüm. Azarkeşlər “Neftçi” ilə qarşılaşmada bizə əla dəstək olmuşdular. Gəncədəki oyunlarımızda ab-hava lap yaxşıdı. Çoxlu sayda azarkeşin qarşısında oynamaq zövq verir. Özümüzü daha inamlı hiss edirik”.

“Kəpəz”in mətbuat xidməti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail