"Bu komandanın uğurları üçün çalışır, bacarığımı əsirgəmirəm"

19.09.2015 | 2998 dəfə oxunub

“Qəbələ”nin son transferlərindən biri olan Fakundo Pereyra üçün UEFA Avropa Liqasının qrup mərhələsinin I turunun qarşılaşması sabiq komandası ilə duellə əlamətdar olub. 

Stadium.az xəbər verir ki, “qırmızı-qara” forma geyənədək Yunanıstan PAOK-unda çıxış edən futbolçu yeni klubundakı 2-ci matçında Saloniki təmsilçisi ilə qarşılaşıb. 

Bunadək Premyer Liqada da debüt edən Pereyra avrokuboklarda “Qəbələ” formasında meydana çıxan 31-ci oyunçu olub. Legioner matç haqda fikirlərini açıqlayıb: 

“Əvvəllər PAOK-da çıxış etdiyimdən sabiq komandama qarşı oynayırdım. Bu komandada bir müddət top qovmuşam. Orada olanlarla yaxşı münasibətlərimiz var. Lakin indi “Qəbələ”nin futbolçusuyam. Bu komandanın uğurları üçün çalışır, bacarığımı əsirgəmirəm. Klubumda ikinci oyunumu keçirdim. Meydanda əlimdən gələni etdim. Lakin komandada yeni olduğumdan mənə müəyyən qədər vaxt lazımdır ki, bütün potensialımı ortaya qoyum. Məhz onda azarkeşlər nəyə qadir olduğumu görəcəklər. PAOK-la qarşılaşmada üstün futbol oynadıq. Bu matçda qalib gəlməli idik. Oyuna nəzarət bizim əlimizdə idi. Qol imkanları da yaratdıq. Hətta real qol vəziyyətləri də oldu. Amma bunların heç birindən istifadə edə bilmədik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail