"Azacıq şans çatmadı"- Reynaldo

19.09.2015 | 2973 dəfə oxunub

"Qarabağ"ın hücumçusu Reynaldo Avropa Liqasının qrup mərhələsində İngiltərə "Tottenhem"inə qarşı səfər oyunundan (1:3) sonra müsahibə verib.

- Londondakı oyunla bağlı nə deyə bilərsən?

- Matçın başlanğıcı bizim üçün uğurlu alındı. Xüsusilə də Riçard Almeydanın qol vurmasından sonra hər şey yaxşı gedirdi. Amma sonradan hər şey istədiyimiz kimi getmədi. Üstünlüyümüzü artırmaq əvəzinə qollar buraxdıq və məğlub olduq. Buna baxmayaraq, komandamızın oyunundan razı qaldım. Biz layiqli təsir bağışladıq. Uşaqların hamısı özünü yaxşı tərəfdən göstərmək üçün əlindən gələni etdi. Unutmayaq ki, biz İngiltərənin ən yaxşı komandalarından birinə qarşı oynayırdıq.

- Birinci hissədə siz də qol vurmağa yaxın idin...

- Bəli, belə bir fürsət oldu. Amma qol vurmağım üçün azacıq şans çatmadı. Başqa qol vəziyyətlərimiz də oldu. Hər dəfə də azacıq nəsə çatmadı.

- Ən çətin səfər oyununuzdan xalsız qayıtdınız. Amma növbəti turlarda uğur qazanmaq üçün şans hələ qalır...

- Bəli, şansımız hələ qalır. Çünki hələ evdə üç oyun keçirəcəyik. Bu isə 9 potensial xal deməkdir. "Qarabağ" azarkeşləri komandalarını dəstəkləməyi bacarırlar. Həmin oyunlarda rəqiblərimizə layiqli müqavimət göstərə, uğur qazana bilərik. Növbəti oyunumuz "Anderlext"ə qarşı olacaq. Belçikalılara qarşı keçirəcəyimiz ilk ev oyununda uğur qazanmaq çox vacibdir.

- "Tottenhem"lə oyundan sonra "Kəpəz"lə çempionat matçına köklənmək çətin olmayacaq?

- Təkcə mənə yox, bütövlükdə komandamız üçün çətin olmamalıdır. Şəxsən mənim üçün Londonda və ya Gəncədə oynamağın fərqi yoxdur. Eşitmişəm ki, "Kəpəz"in yaxşı azarkeş dəstəyi olur. Bu amil qarşıdakı oyun öncəsi xoş həyəcan yaradır. Yeri gəlmişkən, bu, mənim Gəncəyə ilk səfərimdir.

- Jurnalistlər tez-tez sizin bu və ya digər xarici kluba keçəcəyinizə dair xəbərlər yayırlar. Mümkündür ki, siz bütün təkliflərə baxmayaraq, Azərbaycanda qalmağa üstünlük verəsiniz?

- Bu barədə danışmaq mənə çətindir. Bu mövsüm üçün Qurban Qurbanova yenidən ölkə çempionu olacağımıza dair söz vermişəm. Hazırda ancaq "Qarabağ"ı düşünürəm. Amma "Qarabağ"a nə dərəcədə yaxşı kömək edəcəyəmsə, digər klublardan da təkliflər bir o qədər çox olacaq. Mövsümün sonunadək "Qarabağ"dayam. Sonra nə olacağını mövsüm bitəndən sonra biləcəyik. Hər şeyə rəğmən, Qurban Qurbanova, Azərbaycana, azarkeşlərə minnətdaram. Çünki məni burda elə qarşılayırlar, elə münasibət və hörmət göstərirlər ki, bunu unuda bilmərəm.

- Gələn ilin fevralında Azərbaycana gəlməyinizin 3 ili tamam olacaq. Daha iki il yarım burada olacağınız halda, Azərbaycan pasportu da ala bilərsiniz...

- İnkar etmirəm ki, hələ də Azərbaycan vətəndaşlığını alacağıma, milli komandanızda debüt edəcəyimə dair ümidimi itirməmişəm.

- "Qarabağ"da sizi hər şey qane etdiyinə görə xarici klublarda oynamaqda maraqlı olmamısınız?

- Gizlətmirəm ki, mən də güclü klubda, daha sanballı çempionatda oynamaq istərdim. Məsələn, Almaniya çempionatı kimi. Belə olan halda Azərbaycanda daha iki il yarım qalacağımı iddia edə bilmərəm. Amma istənilən halda "Anderlext"dən "Qarabağ"a gələrkən hansı vəziyyətdə olduğumu və ondan sonra əldə etdiklərimi unuda bilmərəm. Bütün bunlara görə təbii ki, "Qarabağ"a çox borcluyam.

azerisport.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail