AZAL-ın "yubiley" yenilgisi

21.09.2015 | 3378 dəfə oxunub

Azərbaycan Premyer Liqasının V turunun “İnter”lə ev oyununda 0:1 hesabı ilə uduzan AZAL ölkə çempionatlarına 100-cü dəfə məğlub olub. 

Stadium.az xəbər verir ki, yüksək liqada 2005-ci ildə debüt edən paytaxt təmsilçisi keçirdiyi 303-cü qarşılaşmada məğlubiyyətlə üzləşib. 

Hesabında 113 qələbə və 90 heç-heçə edə olan bakılılar həm də antirekorda imza atıb. AZAL əvvəlki 4 turda olduğu kimi yenə də quru hesabla uduzub. İlk 5 qarşılaşmada qol vurmayan və xal qazanmayan paytaxt təmsilçisi Azərbaycan çempionatlarının ilk belə uğursuzu olub. 1992-ci ildən keçirilən ölkə çempionatları tarixində 1-ci dəfədir bir komanda mövsümün ilk 5 oyununda nə qol vurur, nə də xal qazanır.

AZAL-a qədər 2 klub ilk 5 oyunda qol vurmayıb. Lakin həmin komandalar xal qazanmağa nail olub. Startda hansısa komandanın qol vurmaması sonuncu dəfə 11 il əvvəl qeydə alınıb.

 

1992. “Xəzər” (Lənkəran) – 2 xal, 0-8

2004/05. “Göyəzən” (Qazax) – 1 xal, 0-4

2015/16. AZAL (Bakı) – 0 xal, 0-7

AZAL mövsümün ilk 5 oyununda uduzan 9-cu komanda olub. Lakin əvvəlki klubların hamısı startda ən azı 1 qol vurub. Sonuncu belə hadisə 11 il əvvəl yaşanıb.

1992. “Şirvan” (Kürdəmir) – 0 xal, 1-18

1994/95. “Xəzər” (Sumqayıt) – 0 xal, 1-24

1995/96. MOİK (Bakı) – 0 xal, 4-19

1995/96. “Pambıqçı” (Neftçala) – 0 xal, 2-15

1996/97. “Şəmkir” – 0 xal, 1-25

1998/99. “Şahdağ” (Qusar) – 0 xal, 5-28

2003/04. “Lokomotiv” (İmişli) – 0 xal, 4-20

2004/05. “Şəfa” (Bakı) – 0 xal, 3-17

2015/16. AZAL (Bakı) – 0 xal, 0-7

AZAL-ın son xalı və qolu ötən mövsümün 36-cı turuna təsadüf edib. Bakılılar matın 28-də “Neftçi”ilə qarşılaşmada (1:1) bunu bacarıb. Həmin vaxtdan 5 oyundur məğlub olan AZAL-ın tarixində ən uzun məğlubiyyət seriyası isə 2006-cı ildə qeydə alınıb – ardıcıl 7 məğlubiyyət. (pfl.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail