Starkov "Simurq"lu futbolçunu yanına çağırdı

26.09.2011 | 5400 dəfə oxunub

Latviya milli komandasının heyəti açıqlanıb. Stadium.az xəbər verir ki, Azərbaycanda “Bakı” klubunun baş məşqçisi olan Aleksandr Starkov eyni vaxtda çalışdırdığı yığmanın oktyabrdakı görüşlərində güvənəcəyi heyəti müəyyənləşdirib.

Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 7-də Maltanı qəbul edib 3 gün sonra Xorvatiyanın qonağı olacaq Latviyanın heyətində gözlənilməz yenilik baş verib. Belə ki, son vaxtlar Starkovun da diqqətindən kənar qalan Andrey Rubin yenidən milliyə çağırılıb. 

“Qarabağ”la yollarını ayırdıqdan sonra klubsuz qalan yarımmüdafiəçişi son matçlara çağırılmırdı. Lakin veteranın “Simurq”a keçidindən sonra təcrübəli mütəxəssis ona da ehtiyac duyub.

Rubinlə yanaşı Azərbaycan klublarında çıxış edən daha 3 futbolçu da yığmaya çağırılıb. Bunlar qapıçı Pavel Doroşev (“Qəbələ”), müdafiəçi Denis İvanov, hücumçu Maris Verpakovskisdir (hər ikisi “Bakı”).
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail