"Neftçi" rəsmisi: "Belə məsələlərin həlli mətbuata çıxıb ittiham etməkdən keçmir"

22.09.2015 | 3616 dəfə oxunub

Premyer Liqamızın son turunda baş tutan "Neftçi" - "Xəzər Lənkəran" oyunu bu dəfə də baş hakimin bəzi səhvləri ilə yadda qaldı. Rəhim Həsənovun idarə etdiyi oyunda penati zərbəsi, qırmızı kart, qollar və gərgin anlar yaşandı. Oyunun idarəçiliyindən isə cənub təmsilçisi öz kəskin narazılığını bildirdi.


Stadium.az olaraq, "Neftçi"nin mətbuat və ictimayyətlə əlaqələr departamentinin rəhbəri Mehman Rəsulovla əlaqə saxladıq. Klub rəsmisinin oyun haqqında fikirləri belə oldu:

"Şablon ifadə olsa da deyim ki, hakim də insandır və səhv edə bilər. Futbolda həmişə hakimlərin idarəçiliyi müzakirə mövzusuna çevrilir amma istəməzdik belə olsun. Sabah hansısa azərbaycanlı hakimi dünya və avropa səviyəli yarışlarda görsək hamımız sevinəcəyik. Əgər hakim idarəçiliyi ilə bağlı iradımız olsa bunu oyun sonrası protokolda qeyd edərdik. Rəsmi qaydalar var axı. Yəni belə məsələlərin həlli mətbuata çıxıb ittiham etməkdən keçmir. AFFA İntizam Komitəsi var hər bir klub rəsmi məktub ünvanlayıb etirazını bildirə bilər".

Cavid ƏHMƏDOĞLU



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail