Orxan Sadıqlı Kamran Ağayevi geridə qoydu

22.09.2015 | 3515 dəfə oxunub

Premyer Liqanın V turunun “Neftçi” ilə səfər oyununda bərabərliyə (1:1) nail olan “Xəzər Lənkəran” Azərbaycan çempionatlarında 100-cü heç-heçəsini rəsmiləşdirib.

 

Stadium.az xəbər verir ki, keçirdiyi 338 qarşılaşmada 158 qələbə və 80 məğlubiyyəti də olan “ağ-yaşıllar” 51 dəfə evdə, 49 dəfə səfərdə 1 xal əldə edib. Komanda 2013/14 mövsümündə daha çox – 13 heç-heçə edib. Hesabında 41 dəfə 1:1 və eyni sayda 0:0 olan “Xəzər Lənkəran” 18 qarşılaşmada daha qollu (2:2) “sülh”ə imza atıb. Komandamızın ən çox heç-heçə etdiyi komandalar “Neftçi” və “İnter”dir – hərəsi ilə 15 dəfə.

Bakıda keçirilən qarşılaşma “Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyevin “Böyük oyun”larda 3-cü qolu ilə əlamətdar olub. Ardıcıl ikinci dəfə “Neftçi” ilə qarşılaşmada fərqlənən yarımmüdafiəçi klubumuzun heyətində “Böyük oyun”larda ən çox qol vuran futbolçu adına şərik olub. Rahidədək Manuel Skarlatake və Julius Vobay da “Neftçi”ni 3 dəfə məyus etmişdi.

Ümumilikdə isə Əmirquliyev “Xəzər Lənkəran”da 22-si çempionatda olmaqla 32-ci qolunu vurub. Hər iki göstəricidə 3-cü olan yarımmüdafiəçi Zaur Ramazanov (cəmi 44, çempionatda 33) və Samir Əliyevdən (cəmi 34, çempionatda 24) geri qalır.

Penalti dəf edən Orxan Sadıqlı isə “Xəzər Lənkəran”da yeni rekord müəyyənləşdirib. Qapısına təyin olunan 14 belə zərbədən 11-ni buraxan qolkiper 3 dəfə penaltini zərəsizləşdirən ilk qapıçımız olub. Kamran Ağayev və Dmitri Kramarenkonun hərəsinin hesabında 2 buraxılmayan penalti var.

Əlavə edək ki, “Böyük oyun” iki futbolçu üçün “Xəzər Lənkəran”da əlamətdar matç olub. Tural Cəlilov 60-cı, Elşən Rzazadə 25-ci dəfə ağ-yaşıl formada rəsmi matça çıxıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail