AZAL yenidən Şüvəlanda

24.09.2015 | 3512 dəfə oxunub

"AZAL Arena"nın süni örtüklü meydançasında yaranan problem səbəbindən Azərbaycan Premyer Liqasının ev oyunlarını "Dalğa Arena"da keçirən AZAL klubu yenidən doğma stadiona qayıda bilər.

 

Stadium.az xəbər verir ki, avqustun əvvəllərindən idman qurğusunda aparılan cari təmir işləri artıq yekunlaşmaq üzrədir. Meydançada olan nasazlıqlar aradan qaldırılıb.

Yaxınlarda xaricdən dəvət olunan əcnəbi mütəxəssis də görülən işlərdən razı qalıb və onun verdiyi müvafiq təlimatlara tam əməl olunub.

2010-cu ildə süni örtüyü meydançaya döşəmiş Hollandiyanın "EDEL GRASS" şirkətinin baş mütəxəssisi Berri Bey iki həftə əvvəl "AZAL Arena"nı təftiş edərək laborator müayinə üçün meydançadan nümunələr götürüb. Otun keyfiyyətinin və ölçülərinin müfaviq normalara cavab verdiyini bildirən hollandiyalı mütəxəssis keyfiyyətdən düşən rezin qum dənəciklərinin dəyişdirilməsini və stadiona gündəlik xidmətin səviyyəsinin yaxşılaşdırılmasını məsləhət görüb.

Bu səbəbdən 10 tona yaxın yeni rezin dənəciklər səpilib və meydançanın suvarılma intensivliyi artırılıb. Bundan başqa, yüklənmənin səviyyəsi əhəmiyyətli dərəcədə azaldılıb və bir neçə komandanın məşqləri, oyunları başqa stadiona keçirilib. İndi stadionda yalnız əsas komanda təlim keçir.

Stadionda cari təmir işləri başa çatdığı üçün klub rəhbərliyi xüsusi komissiya tərəfindən təftiş aparılması üçün Peşəkar Futbol Liqasına rəsmi müraciət etməyi planlaşdırır. Müraciət bayramdan sonra göndəriləcək. Ona görə də Premyer Liqanın VII turunun AZAL - "Rəvan" matçının Şüvəlanda keçiriləcəyi istisna olunmur. (Report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail