"Hakimlikdən razı deyiləm"-Aqil Məmmmədov

26.09.2015 | 3013 dəfə oxunub

Premyer Liqamızın VI turunda AZAL ilk xalını qazandı. Tərlan Əhmədovun rəhbərlik etdiyi komanda səfərdə “Sumqayıt”la heç-heçə oynadı – 1:1.

Stadium.az xəbər verir ki, “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmmədov oyundan sonra bunu deyib:

“Biz oyuna ciddi hazırlaşıb, uğursuz seriyaya son qoyub, qələbə qazanmaq istəyirdik. Demək olar ki, qələbə qazanmağa yaxın idik. Amma son anda 1 xalla kifayətləndik. Döyüşən kollektivdən razıyam. Hesab edirəm ki, maraqlı oyun alındı. Çünki hər iki komanda qələbə qazanmaq istəyirdi. Oyunun gedişində 10 nəfər qaldıq. Hakimlikdən razı deyiləm. Bəzi epizodlarda oyunu saxlamırdı. Elə bil sarı vərəqələri bizim oyunçulara vermək üçün gətirmişdi. Rəhim Həsənov təcrübəsiz, gənc hakim deyil ki, deyim, bacarığı budur. Bunun adını qərəz qoyub, şər də ata bilmərəm. Sadəcə, fikrimdə qalıram: çox pis hakimlik elədi. Düşünürəm ki, epizodlara baxmalıyam. İndi deyə bilmərəm ki, ikinci sarı vərəqə var idi, ya yox idi. Epizoda baxıb, konkret danışa bilərəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail