Əsgər Abdullayev "Turan"da qalası oldu

26.09.2011 | 5912 dəfə oxunub

“Turan”ın baş məşqçisi Əsgər Abdullayev komandadan ayrılmayacaq. Stadium.az xəbər verir ki, bu barədə  Tovuz klubunun icraçı direktoru Rasim Əliyev məlumat verib. Əliyevin sözlərinə görə, klub prezidenti Musa Süleymanov Abdullayevin istefasını qəbul etməyib: “Əsgər müəllim “Rəvan”la oyundan sonra istefa verdi. Ancaq şənbə günü Bakıdakı toplantıda Musa müəllim baş məşqçinin istefasını qəbul etmədi. Əsgər müəllim bu gün axşam yenidən öz işinə başlayacaq. Hazırda yoldadır, Tovuza qayıdır”.

Futbolçuların maaş məsələsinin də yaxın günlərdə həll olunacağını bildirən Əliyev klub rəsmilərinin sırf bu problemlə bağlı bu gün axşam saatlarında Tovuzda olacaqlarını bildirib: “Bu gün axşam saatlarında klub rəhbərliyi Tovuzda olmalıdır. Yəqin ki, axşam məşqinə kimi burada olacaqlar. Növbəti dəfə iclas olacaq və orada həm futbolçuların maaşlarının verilməsi məsələsi, həm də digər problemlər müzakirə olunub, yoluna qoyulacaq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail