AFFA saytlar və TV-lərə qadağa qoydu

28.09.2015 | 3054 dəfə oxunub

Bu gün AFFA və PFL birgə açıqlama yayıb.

Stadium.az xəbər verir ki, açıqlamada bildirilib ki, Azərbaycan Premyer Liqasının oyunlarının yayım hüququ AFFA tərəfindən “CBC Sport” telekanalına satılıb. “CBC Sport” 700 min manat ödəyərək Premyer Liqanın eksklüziv yayım hüququna yiyələnib.

Açıqlamada daha sonra qeyd olunur ki, AFFA, PFL və klublar saytlara, eləcə də  televiziya kanallarına oyunların görüntüsünü təqdim edə bilməz.

"Nəzərinizə çatdırırıq ki, oyunlar zamanı “CBC Sport” kanalından başqa heç bir televiziya kanalının çəkiliş etmək hüququ yoxdur. Digər televizya kanalının nümayəndələri çəkiliş üçün yalnız mətbuat konfransına buraxılacaqlar.

AFFA və PFL olaraq, bütün saytlardan, televiziya kanallarından xahiş edirik ki, Topaz Premyer Liqasının oyunlarından aparılan videoçəkilişlər, eləcə də yerləşdirilən videoicmalların əldə olunması üçün “CBC Sport” telekanalına müraciət etsinlər. Anlayışınız üçün təşəkkür edirik" - deyə məlumatda bildirilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail