"Xəzər Lənkəran": rekorda az qalıb

27.09.2011 | 6247 dəfə oxunub

“Xəzər Lənkəran” Azərbaycan çempionatındakı məğlubiyyətsiz oyunlar seriyasını Premyer Liqanın VII turunda da davam etdirib. Stadium.az xəbər verir ki, öz meydanında “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edən Mirça Rednikin yetirmələri bu uğurlu seriyanı 16-ya çatdrıb.
Sonuncu dəfə ötən mövsümün 23-cü, “altılığ”ın 1-cu turunun martın 13-dəki ilk matçında səfərdə AZAL-a 0:1 hesabı ilə uduzan “Xəzər Lənkəran” o vaxtdan meydanı xalsız tərk etmir. Ötən mövsümün son 9 qarşılaşmasında 2 qələbə qazanıb 7 heç-heçə etməklə məğlubedilməzə çevrilmişdi. Komanda cari mövsümün ilk 7 matçında 6 qələbə qazanıb 1 heç-heçə etməklə seriyanı 16 matça çatdırıb. Məğlubiyyətsiz 16 oyunda cənub təmsilçisi 8 qələbə qazanaraq 8 heç-heçə edib. Bu matçlarda 23 top vuran “Xəzər Lənkəran” cəmi 9 dəfə qapısında qol görüb.
Bu, komandanın tarixində çempionatlardakı 3-cü nəticədir. Hesabında 1 dəfə 21, 1 dəfə 19 oyunluq məğlubiyyətsiz seriyası olan “Xəzər Lənkəran” 2007-ci ildə gerçəkləşən mütləq rekordunun 5 addımlığındadır.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail