"Xəzər Lənkəran" çətin duruma düşdü

03.10.2015 | 4912 dəfə oxunub

Premyer Liqanın VII turu çərçivəsində, oktyabrın 4-də səfərdə “Qəbələ” ilə qarşılaşacaq “Xəzər Lənkəran” yarımçıq və zədəli heyətlə hazırlaşır.
 
Stadium.az xəbər verir ki, komanda sentyabr ayının 30-dan etibarən doğma şəhərdə hazırlıq keçib. Məşqlər öz yerində, son zamanlar adəti üzrə “ağ-yaşıl” rəngləri qarabaqara izləyən problemlər də komandadan uzaq düşmək istəmir. Belə ki, heyətin iki üzvünün zədə səbəbindən qarşıdakı oyunda komandaya kömək edə bilməyəcəkləri gözlənilir. Ötən tur, Lənkəranda keçirilən “Zirə” ilə oyunda zədələnərək əvəzlənən Rasim Ramaldanovdan savayı Orxan Əliyev də məşq zamanı dizində güclü ağrılar hiss edib. Zədədən əziyyət çəkmələrinə baxmayaraq hər iki futbolçumuz çətin səfər matçında  komandaya kömək etmək əzmindədirlər. Lakin onların Qəbələ şəhər stadionunda meydana çıxıb çıxmayacaqları oyunun başlama saatına az qalmış dəqiq bilinəcək. (12cioyuncu.info)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail