"Söyüş söymək nə hakimlərə, nə də futbolçulara yaraşır"

06.10.2015 | 4536 dəfə oxunub

"İnter"in prezidenti Georgi Nikolovun müsahibəsi

- AFFA tərəfindən 14 000 manat məbləğində cərimə olunmağınız sizin üçün gözlənilməz oldu?
- Bu, bizim üçün çox sərt cəzadır. Niyə belə alındığını da anlamıram. Biz nə pis hərəkət etmişik ki? Biz bu qərardan apellyasiya şikayəti verəcəyik. Bununla razılaşmaq fikrimiz yoxdur.

- Futbolçularla söhbət etmisiniz?
- Oyundan dərhal sonra Zurab Xizanişvili ilə söhbətləşdim. O mənə dedi ki, hakimi söyməyib. Mən ona inanıram. Çünki sakit insandır. Uzun müddət İngiltərə çempionatında çıxış edib. Əksinə, Zurab mənə dedi ki, hakim özü söyüş söyürmüş. Bu da ona cavab olaraq əlini yelləyib və hakim ona qırmızı vərəqə göstərib. Söyüş söymək nə hakimlərə, nə də futbolçulara yaraşır.

- Bəs Georgi Lomaya?
- O, sonuncu ümid foluna görə qırmızı vərəqə almışdı. Halbuki, orada elə qayda pozuntusu yox idi. İK-nın qərarı çox sərtdir. Bizim maliyyə vəziyyətimiz hər kəsə yaxşı bəllidir. Üstəlik, kadr problemlərimiz də var. Səlahət Ağayev zədəlidir və 2-3 həftədən tez sıraya dönə bilməyəcək. Lomayanı da cəzalandırdılar. Gələn oyunda qapıda kim duracaq, mən? Elşən Poladov yaxşı insandır. İnanıram ki, o, qapımızı layiqli şəkildə qoruyacaq. Bəs ona da nəsə olsa, onda necə olacaq? Ümid edirik ki, Apellyasiya Komitəsi bizim lehimizə qərar qəbul edəcək.

- "İnter" bu məbləği ödəyə biləcək?
- Əlbəttə ki, yox. Hətta ən yaxşı dönəmlərimizdə bizim elə artıq pulumuz olmayıb. 14 000 manat öldürücü məbləğdir.

- Bəs komandanızın oyunundan razısınız?
- "Qarabağ"la oyunumuzu bəyəndim. Biz hazırda qol vəziyyətlərindən yaxşı yararlana bilmirik. Buna baxmayaraq, uşaqlar sonadək mübarizə apardılar. "Qarabağ" Azərbaycanın ən yaxşı komandasıdır. Təəssüf ki, Laşa Kasradze, Rauf Əliyev və Səlahət Ağayev zədəli olduğundan bizimlə deyil. Bunları da nəzərə alsaq, yaxşı oynadıq. Amma görüşün sonunda baş verənlər hər şeyi korladı. AFFA İK-nın bu qərarları hakimləri xilas etdi. azerisport.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail