"Qəbələ" sabah məşqlərə başlayır

07.10.2015 | 3969 dəfə oxunub

Azərbaycan Premyer Liqasının VII turunun “Xəzər Lənkəran”la qarşılaşmasından (6:0) sonra məşqlərinə ara verən “Qəbələ” sabah hazırlıqlara start verəcək.

Stadium.az xəbər verir ki, otyabrın 4-dəki oyundan sonra ilk məşqinə çıxacaq “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda bir araya gələcək. Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranan fasilə səbəbindən verilən istirahət müddətində vətəninə yollanan bəzi legionerlər də geri dönərək məşqlərə qatılacaq. Komandanın hazırlığında yığmaların düşərgəsində olanlar iştirak etməyəcək. Axşam məşqi ilə start götürəcək hazırlıqlar gündə bir dəfə olmaqla davam etdiriləcək.

Xatırladaq ki, “Qəbələ”nin futbolçularından Rəşad Sadiqov, Ruslan Abışov, Arif Daşdəmirov və Məhəmməd Mirzəbəyov Azərbaycanın əsas, Elvin Camalov U-21 komandasına çağırılıb. Legionerlərdən Ermin Zets Bosniya və Herseqovina, Sergey Zenyov Estoniya yığmasının düşərgəsindədir. “Qəbələ” Premyer Liqanın VIII turunun oyununu oktyabrın 18-də keçirəcək. Komanda həmin gün səfərdə “Neftçi” ilə qarşılaşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail