"Bizə əyri yolla qazanılan pul lazım deyil"

07.10.2015 | 3723 dəfə oxunub

"Sözsüz ki, bəzən hakimliklə bağlı səhvlər olur. Əfsuslar olsun ki, o səhvlər rəhbərlərin boynuna yaxılır. Amma elə deyil". 

Stadium.az xəbər verir ki, bunu Azərbaycan Kubokunun püşkatma mərasimində Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

R.Musayev bu mövsümün də narazılıq olmadan başa vurmağa çalışacaqlarını bildirib: "Birinci il deyil ki, futboldayıq və həmişə çalışmışıq ki, ədalətli oyun olsun. Mənə elə gəlir ki, keçən ilki final oyununda heç bir narazıçılıq olmadı. Çalışacağıq ki, bu il də belə olsun". 
PFL prezidenti hakimlərin qərəzli olmasına dair yazılara etiraz edib. "Bəzi mətbuat yazır ki, hakimlər qərəzli mövqe göstərir. İnanın ki, bu, belə deyil" - deyən funksioner "Hakim də insandır, səhv edə bilər. Ancaq biz ona bəraət qazandırmırıq", söyləyib. 

R.Musayev "İnter" - "Qarabağ" matçında Elvin Əsgərovun təyin etdiyi və qonaqların qəsdən kənara vurduğu penaltidən də danışıb: "3 gün öncə hakimlərlə görüşdük, müzakirələr oldu. Bir epizod üzərində bütün hakimlərin fikrini öyrəndik. Sözsüz ki, fikirlər haçalandı. Ancaq qanun birdir və qərar bir dənə olmalıdır. Eyni epizodda hakimlərin yarısı penalti olduğunu, yarısı olmadığını dedi. Hakim də insandır və ani olaraq qərar qəbul edir. Biz isə monitor qarşısında bir epizoda yüz dəfə baxırıq. Mənim deməyim odur ki, hadisə olmasın, olursa, başqa istiqamətə yönləndirilməsin". 

PFL prezidenti hazırkı AFFA rəhbərliyinin vaxtında sifarişlə oyunların idarə olunma hallarının olmadığını bir daha vurğulayıb: "Gəlin, olmayan şeyi danışmayaq. Bəzən klub rəhbəri zəng vurur ki, Ramin müəllim, deyirlər filan komandanı qabağa çəkirlər. Deyirlər "Qarabağ"a kömək edirlər. Yaxşı futbol mütəxəssisisənsə, məşqi səhvindən, oyundan, futbolçudan danış. Hər birimizin məqsədi ədalətlilikdir. İstənilən klub nümayəndəsi, jurnalist həmin hakimlərin oyunsonrası toplantısında iştirak edə bilərlər. İndi fasilədir. Hansı epizodla hakimlə bağlı narazılığınız varsa, deyin. Göndərim hakimi, danışın. Deyin, burda niyə bu qərarı vermisən? Bizə əyri yolla qazanılan pul lazım deyil. Onsuz da sağ olsun azarkeşlər, stadionu butulkalarla doldururlar". report



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail