"Məşqlərdə özünü doğrultmayan futbolçu olsa.."- Samir Abbasov

09.10.2015 | 3761 dəfə oxunub

Ötən gün "Sumqayıt"ın yeni baş məşqçisi təyin olunan Samir Abasov klubun rəsmi saytına müsahibə verib. 

- Müşahidə Şurasının qərarına əsasən "Sumqayıt"ın baş məşqçisi təyin olundun...

- İclas bitdikdən sonra rəhbərlik mənimlə görüşüb qərarını açıqladı. “Sumqayıt” Futbol Klubunun rəhbərliyinə mənə bu vəzifəni etimad etdiklərinə görə təşəkkür edirəm. Qərarı normal qarşıladım. Çətin olacağını anlayıram. Əvəzedicilərin çempionatı ilə Premyer Liqa arasındakı fərq olduqca böyükdür. Məni olduqca çətin iş gözləyir.

- Sənin üçün "Sumqayıt"ın baş məşqçisi olmaq nə deməkdir?

- Nəinki mənim üçün, düşünürəm ki, bütün veteran futbolçular üçün öz şəhərlərini baş məşqçi kimi təmsil etmək böyük məsuliyyətdir. İnşallah ümidləri doğruldaram.

- Əsas heyətdə ciddi dəyişikliklər olacaqmı? Hazırkı vəziyyətdə sizi narahat edən əsas məsələlər hansılardır?

- Qış "transfer pəncərəsi"nə kimi bu suala cavab vermək olduqca çətindir. Lakin bəzi dəyişikliklər labütdür. Sizə bir söz deyim, məşqlərdə özünü doğrultmayan futbolçu olsa, heç qışa qədər də gözləməyəcəyik. Qaldı ki, məni narahat edən əsas məsələ komandanın son vəziyyətidir. Uşaqlarda özünə inam itib. Bunu aradan qaldırmaq vaxt tələb edəcək.

- Köməkçiləriniz kimlər olacaq?

- Qapıçılarla işləyən məşqçi Etibar Tarıverdiyev qalacaq. Onun işi göz qabağındadır. Etibarın bacarığına inanıram. Bundan başqa, əvəzedicidə köməkçim olmuş Vəfadar Quliyev komandada olacaq. Digər köməkçim isə son vaxtlar futboldan uzaq qalmış, vaxtilə bu şəhərin sevilən futbolçularından olmuş Seymur Rəhimov olacaq.

- Lider olan əvəzedicilərdən əsas komandaya cəlb olunan futbolçular olacaqmı?

- Əvəzedici komandada kifayət qədər perspektivli futbolçular var. Artıq il yarımdır ki, bu kollektivlə çalışıram. Adlarını çəkmək istəməzdim, amma 3-4 futbolçu əsas komandaya çağırılacaq. Onu da qeyd edim ki, mütəmadi olaraq B komandadan A komandaya futbolçular dəvət olunacaq. Hətta əsas komandadan da əvəzediciyə gedəcək futbolçular olacaq. Əsas məqsədimiz hər iki komandanın vəhdətini təşkil etmək olacaq.

- Müasir futbolda əsas komandanın baş məşqçiləri həm əvəzedicilər, həm də akademiyanın aşağı yaş qruplarını daim diqqətdə saxlayır. Siz bu baxımdan hansı işləri görəcəksiniz?

- Əvəzedici komanda ilə mütəmadi olaraq işləyəcəyik. Bu əsas iş prinsipimiz olacaq. Akademiyaya bildiyiniz kimi almaniyalı mütəxəssis Frenk Bernhardt rəhbərlik edir. Onunla iş birliyi qurub Sumqayıt futbolunun gələcəyi üçün çalışacağıq. Əsas məqsəd isə akademiyadan əvəzedici komandaya, oradan da əsas komandaya futbolçu yetişmək olacaq.

- Sonda "Sumqayıt" azarkeşlərinə nə demək istərdin?

- Sumqayıt azarkeşləri hər zaman özlərindən sözün əsl mənasında söz etdirməyi bacarıb. Bu komandada futbolçu olduğum dönəmdə sevincli və ağır günlərimizdə daim yanımızda olublar, baş məşqçi kimi indi də yanımda olmalarını istəyirəm. Bizim komanda olaraq, ailə olaraq dəstəyə ehtiyacımız var.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail