"Sumqayıt"da yeni təyinat

09.10.2015 | 18448 dəfə oxunub

"Sumqayıt"ın əvəzedici komandasının baş məşqçisinin kimliyinə aydınlıq gəlib.

Stadium.az xəbər verir ki, komandanı bundan sonra İlham Yadullayev çalışdıracaq. O, mövsümün sonuna qədər əvəzedici komandanın baş məşqçisi vəzifəsini yerinə yetirəcək. Təyinatı ilə bağlı danışan İ.Yadullayev deyib:

"İlk növbədə "Sumqayıt" klubunun rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, bu vəzifəni mənə həvalə etdilər. Təxminən il yarımdır ki, bu klubda baş məşqçi Aqil Məmmədovun köməkçisi kimi çalışırdım. Bu müddət ərzində kifayət qədər təcrübə topladığımı deyə bilərəm. Artıq məni daha çətin iş gözləyir, məsuliyyətim xeyli artacaq. Çünki, artıq baş məşqçi olacağam deyə bütün suallar mənə ünvanlanacaq".

Lider komandaya gəlməyin çətinliyindən danışan İlham Yadullayev məşqçilər korpusuna da aydınlıq gətirib: "Açığı, işimin çətin olacağını bilirəm. Samir Abasov mənə hazır komanda verib. Fikirləşirəm ki, heç bir dəyişikliyə ehtiyac yoxdur. Lider komandada nəisə dəyişməzlər. Mənim əvəzedici komandada baş məşqçi kimi əsas vəzifəm "Sumqayıt" Futbol Klubunun akademiyası ilə sıx iş birliyi və əsas komanda üçün futbolçu hazırlamaq olacaq. Düşünürəm ki, Samir müəllimlə mütəmadi işləyib ümumi plan üzrə hərəkət edəcəyik. Komanda hazırda liderdir və mən mövsümün sonunda da bu komandanın lider olması üçün əlimdən gələni edəcəyəm. Köməkçilərimə gəlincə, bu işdə mənə qapıçılar üzrə məşqçi Etibar Şükürov və Zaur Hidayətov kömək edəcək".

Qeyd edək ki, əvəzedici komandanın sabiq çalışdırıcısı Samir Abasov Aqil Məmmədovun istefasından sonra əsas komandanın baş məşqçi vəzifəsinə gətirilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail