Prosineçki: "Futbolçularıma dedim ki, mənim üçün yaxşı nəticə lazımdı"

09.10.2015 | 3962 dəfə oxunub

Sabah İtaliya ilə qarşılaşacaq Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin qarşılaşmadan əvvəl jurnalistlərə müsahibəsini təqdim edirik: 

- Komanda 5 gündü bir yerdədi. Hazırlıq əla gedir, məşq prosesindən razı qalmışam. Bizi sabah çətin rəqib gözləyir. Dörd qat dünya çempionu ilə oynayacağıq. Qrupumuzun lideridi. Komandada hiss edirəm ki, inam qayıdıb. 4 oyundu uduzmuruq, futbolçular artıq özlərinə inanırlar. Əminəm ki, sabah da yaxşı oyun göstərəcəklər”.
 
- Sabah yaxşı oyuna ümid edirsiz, yoxsa nəticəyə?
- Mənim üçün həm yaxşı oyun, həm də yaxşı nəticə lazımdı. Xorvatiya yığması da Bakıya gələndə inanırdı ki, Avropa çempionatına vəsiqəni qazanacaq. Amma siz də gördüz ki, başqa nəticə oldu. Futbolçularıma dedim ki, mənim üçün yaxşı nəticə lazımdı. Əlimizdən gələni edəcəyik ki, İtaliya sabah rahat oynamasın və nəticə bizim üçün yaxşı olsun.

- Əvvəlki oyunlarda olduğu kimi, start heyətini açıqlayacaqsızmı?
- Bəli, mən hər oyunqabağı heyəti açıqlayıram. Bu gün bunu edə bilməyəcəm. Çünki dünənki məşqdə 2 oyunçu yüngül zədə alıb. Bugünkü məşqi gözləməliyəm. Ümid edirəm ki, vəziyyətləri yaxşıdı. Amma bu gün heyəti açıqlaya bilməyəcəm. Hansı oyunçuların zədə aldığını açıqlamaq istəmirəm. Çünki İtaliyadan gələn həmkarlarımız da burdadılar. Məşqdən sonra biləcəm ki, onlar sabahkı matçda oynaya biləcəklər, ya yox. Hər şey yaxşı olsa, sabahkı heyətdə Kamran Ağayev, Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Arif Daşdəmirov, Qara Qarayev, Rahid Əmirquliyev, Eddi İsrafilov, Dmitri Nazarov, Ruslan Qurbanov və Əfran İsmayılov start heyətində yer alacaqlar.
 
- Berti Foqtsla sizin komandanız arasında nə kimi fərq var? Əldə etdiyiniz nəticələr sizi qane edirmi?
- Mən keçmişi ətraflı yada salmaq və müqayisə etmək istəmirəm. Deyə bilərəm ki, qısa zamanda Azərbaycan yığması özünə inanmağa başladı və gözəl oyun göstərdi. Biz 4 oyundu uduzmuruq. Səfərdə Norveçlə, Bakıda Xorvatiya yığması ilə heç-heçə oynadıq. Hər məşqçinin öz fəlsəfəsi var. 9 aydı Azərbaycandayam. Oyunçular məni başa düşürlər və tələb etdiyi futbolu oynayırlar. Məndə olan məlumata görə, bu günə kimi 40 min bilet satılıb. İnanıram ki, sabahkı matçda da komandam öz bacarığını göstərəcək. Mən həmişə demişəm ki, Azərbaycanda güclü futbolçular var. Bunun nəticəsini də görürük. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail