"Neftçi"nin Müşahidə Şurasından 10 mənasız qərar

09.10.2015 | 5024 dəfə oxunub

"Neftçi"nin Müşahidə Şurasının iclası keçirilib. Stadium.az xəbər verir ki, bu gün "Neftçi"nin inzibati binasında klubun Müşahidə Şurasının növbəti iclası keçirilib. Görüşdə şura üzvlərinə bir sıra məsələlərlə bağlı hesabat təqdim olunub və gündəlikdə olan məsələlər müzakirə edilib:

1. "Neftçi" PFK-nın əsas komandasının nəticələri və hazırki durumu ilə bağlı hesabat verilib və komandanın son oyunlardakı çıxışı müzakirə olunub.

2. “Neftçi” PFK-nın əvəzedici komandasının çıxışı, futbol akademiyasının fəaliyyəti ilə bağlı hesabat təqdim olunub və aşağı yaş qrupu komandalarının formalaşması müzakirə olunub.

3. Klubun bəzi maliyyə məsələləri müzakirə olunub və gələn həftə yeni titul sponsoru ilə imzalanacaq müqavilə barəsində müzakirələr edilib.

4. Bakının müxtəlif rayonlarında yerləşən məktəblərdə aparılan iş barədə şura üzvlərinə hesabat təqdim edilib.

5. Azarkeşlərlə aparılan iş barədə şura üzvlərinə hesabat verilib və komandanın oyunlarına daha çox azarkeşin cəlb olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

6. “Neftçi”PFK-nın ev oyunlarının təşkli, elektron bilet satışı barədə hesabat verilib və gələcəkdə yeni sayt vasitəsilə onlayn satışın həyata keçirilməsi məqsədəuyğun hesab edilib.

7. “Neftçi” PFK-nın üzvlük kartları layihəsinin icrası ilə bağlı hesabat verilib və layihənin genişləndirilməsi ilə bağlı görüləcək işlər müzakirə edilib. (“Neftçi” PFK indiyədək üzvlük kartlarından 11,428 AZN məbləğində gəlir əldə edib.)   

8. “Neftçi” PFK-nın infrakstrukturu ilə bağlı məsələlər müzakirə edilib və yeni baza layihəsinin qısa müddətdə hazırlanması ilə bağlı konkret tapşırıqlar verilib.

9. Braziliyanın “Fluminense” klubunun nümayəndəsinin gələn həftə Bakıya səfəri planı şura üzvlərinə təqdim edilib.

10. Emil Mpenza məsələsi ilə bilavasitə məşğul olan ispaniyalı vəkil Jozef Vandellas iclasda iştirak edib. Təcrübəli vəkil prosesin gedişatı ilə bağlı şura üzvlərinə məlumat verib.

 Proses üzrə İdman Arbitraj Məhkəməsində (CAS) dinləmələr 22 oktyabr tarixində İsveçrənin Lozanna şəhərində baş tutacaq. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail