"Qəbəblə" "Neftçi" ilə oyuna hazırlaşır

15.10.2015 | 2702 dəfə oxunub

Qəbələ” Azərbaycan Premyer Liqasının VIII turunun “Neftçi” ilə qarşılaşmasının hazırlıqlarını bərpa edib. “Qırmızı-qaralar” birgünlük istirahətdən sonra ötən gün Qəbələdə bir araya gəlib. 

Oktyabrın 11-də baş tutan “Qarabağ”la yoxlama oyununun (2:1) ertəsi məşq edib, sonra istirahətə buraxılan komanda hazırlıqlarını yenidən başlayıb. Qəbələ şəhər stadionundakı məşqə fiziki hazırlıqla başlayan Roman Qriqorçukun komandası ardınca toplu çalışmalara üstünlük verib. Məşqdə milli komandaların düşərgəsinə yollanan futbolçular, həmçinin zədəli Rafael Santos iştirak etməyib. Yığmadan qayıdan oyunçuların sabahkı məşqə qatılması planlaşdırılıb. Komandamız həmin məşqi də Qəbələdə keçirəcək.

Xatırladaq ki, VIII turun “Neftçi” ilə oyunu oktyabrın 17-də Bakıda keçiriləcək. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq matç saat 15:30-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail