Şahdağ FK: "Klubda ciddi maliyyə problemləri mövcuddur"

17.10.2015 | 2751 dəfə oxunub

Azərbaycan birinci divizionunda çıxış edən "Şahdağ" futbol klubu bəyanat yayıb.
 
Stadium.az həmin bəyanatı olduğu kimi sizə təqdim edir:
 
"Təəssüf hissi ilə bildirmək istəyirik ki, hazırda “Şahdağ” futbol klubu öz tarixində ən ağır günlərini yaşamaqdadır. Etiraf etməliyik ki, klubda ciddi maliyyə problemləri mövcuddur.
 
Bu gün "Şahdağ" futbol klubunda iclas zamanı, komanda rəhbərliyin qərarına əsasən baş məşqçinin vəzifələrinin müvəqqəti icraçı vəzifəsinə Şərəfəddin Məmmədov təyin olunub. Bununla yanaşı, bütün yerli oyunçular vəd ediblər ki, komandanı bu çətin günlərdə tərk etməyəcəklər və son "nəfəsə" qədər komandaya ithaf olacaqlar. Daha sonra, iclasda iştirak edən veteran futbolçular Fair Əmirquliyev, Zahid Tayyibov və digərləri komandaya qayıdıb və təmənnasız yardım edəcəklərini bəyan ediblər. Bu bəyanat alqışlarla qarşılandı.
 
Dəyərli azerkeşlər, bizi yaşadan və bizə stimul verən sizin dəstəyinizdir. Bu arada dəstəyinizə çox ehtiyacımız var. Gücümüzü birləşdirərək Qusar futbolunu yaşadaq!
 
Əziz media nümayəndələri, “Şahdağ” futbol klubu həmişə mətbuata böyük hörmətlə yanaşıb və bu yoldan dönməyəcək. Bu günlərdə sizin dəstəyiniz də bizim üçün çox önəmlidir.
 
"Şahdağ" zəngin tarixə malik olan bir klubdur. Bu il "Şahdağ" futbol klubu 65 illiyi qeyd edir. Biz inanırıq ki, hamımız bir yerdə “Şahdağ” klubunu dəstəkləyərkən komanda öz 100 illiyini qeyd edəcək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail