"Neftçi" rəhbərliyi Samir Əliyevə "yox" dedi

17.10.2015 | 3319 dəfə oxunub

Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində öz meydanında “Qəbələ”yə 0:1 hesabı ilə uduzan “Neftçi” klubunun baş məşqçisi Samir Əliyev oyundan sonra keçirilən mətbuat konfransında vəzifəsindən istefa verəcəyini bildirib. Stadium.az xəbər verir ki, paytaxt təmsilçisinin rəhbərliyi gənc çalışdırıcının istefasını qəbul etməyib.

Klubun saytında yer alan xəbərə görə, matçdan sonra baş məşqçi Samir Əliyevin də iştirakı ilə Müşahidə Şurasının (MŞ) iclası keçirilib. İclasda ümumilikdə komanda ətrafında müzakirələr aparılıb və Samir bəyin fikirləri dinlənilib.

MŞ tərəfindən baş məşqçinin diqqətinə çatdırılıb ki, “Neftçi”nin yaxın gələcək üçün strateji hədəfləri var və bu məqsədlərə məhz Samir Əliyevlə çatmaq niyyətindədirlər. Nəticə olaraq baş məşqçi Samir Əliyevin istefası Müşahidə Şurası tərəfindən qəbul olunmayıb və Əliyev baş məşqçi vəzifəsində fəaliyyətini davam etdirəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail