Premyer Liqamızda mövsümün 100-cü qolu

29.10.2015 | 2354 dəfə oxunub

Azərbaycan Premyer Liqasında 2015/2016 mövsümünün 100-cü qolu vurulub.

 

Stadium.az xəbər verir ki, yubiley qolu 10-cu turun “Qarabağ” – “Rəvan” matçına təsadüf edib.

Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirilən qarşılaşmada meydan sahiblərinə 1:0 hesablı qələbə qazandıran qol mövsümdə 100-cü olub. Belə ki, əvvəlki 9 turda 91 qol qeydə alınmışdı. Turun eyni vaxtda başlayan ilk 3 matçında 7 dəfə top qapıdan keçdiyindən paralel oynanılan “Neftçi” – “İnter” və “Qarabağ” – “Rəvan” matçlarındakı 2-ci top mövsümdə 100-cü olmalıydı. Əvvəl “Neftçi”, 1 dəqiqə sonra “Qarabağ” hesabı açdığından yubiley qolu ağdamlıların hesabına yazılıb. Əlamətdar topu rəqib qapısından Vüqar Mustafayev keçirib. Bu da onun Premyer Liqada ilk qoludur. O, buna ümumilikdə 34-cü, “Qarabağ”da 6-cı çempionat matçında nail olub. Ümumilikdə isə 10 turun 50 oyununda 101 qol vurulub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail