"Rəvan"ın uğursuzluğu davam edir

29.10.2015 | 3792 dəfə oxunub

Azərbaycan Premyer Liqasının qələbə qazanmayan yeganə komandası olan “Rəvan”ın startdakı uğursuz seriyası 10-a çatıb.

Stadium.az xəbər verir ki, mövsümün arxada qalan 10 oyununda cəmi 2 heç-heçə edib, 8 dəfə uduzan paytaxt təmsilçisi son 4 ildə belə uğursuz start yaşayan ilk komanda olub. Belə ki, Premyer Liqa tarixində mövsümün ilk 10 oyununda qələbə qazanmayan sonuncu komanda 4 il əvvəl eyni halla üzləşmişdi. 2011/12 mövsümündə ilk qələbəsini 11-ci turda qazanan “Sumqayıt” startda 3 heç-heçə edib, 7 dəfə uduzmuşdu. Ümumilikdə isə paytaxt klubu ilk 10 oyunda qalib gəlməyən 19-cu komandadır. “Sumqayıt” və “Rəvan”dan başqa “Şirvan” (Kürdəmir) 1992, “Ümid” (Cəlilabad) 1993, “Kürmük” (Qax) 1993/94, “Xəzər” (Sumqayıt) 1994/95, “Pambıqçı” (Neftçala) 1995/96, “Şəmkir” 1996/97, “Neftqaz” (Bakı) 1998/99, “Şahdağ” (Quba) 2000/01, “Dinamo” (Bakı) 2001/02, “Kəpəz” (Gəncə) 2003/04, “Şəfa” (Bakı) 2004/05, “Göyəzən” (Qazax) 2005/06, “Şahdağ” (Qusar) 2006/07, ABN (Bərdə) 2007/08, “Turan” (Tovuz) 2008/09 və 2010/11, “Standard” (Sumqayıt) 2009/10 mövsümlərində eyni seriya yaşayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail