Klublar Komitəsinin növbəti iclası baş tutdu

29.10.2015 | 2875 dəfə oxunub

Bu gün Klublar Komitəsinin növbəti iclası keçirilib.

Stadium.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasında mübarizə aparan bütün klubların nümayəndələri, AFFA-nın texniki direktoru Bernhard Lippert, texniki direktorun müavini Zaur Hacı-Məhərrəmov, Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov, Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev, qadınlardan ibarət liqaların təşkilinə məsul əməkdaşlar Kifayət Osmanova və Zümrüd Məmmədova, Peşəkar Futbol Liqasının Texniki-İdman Şöbəsinin rəisi Zamiq Hüseynov və CBC Sport televiziya kanalının baş direktoru İlham Rüstəmov iştirak ediblər.

Kifayət Osmanova qadın liqaları ilə bağlı təqdimatla çıxış edib, liqalardakı hazırkı vəziyyət barədə məlumat verib, perspektivlər müzakirə olunub. İclasda iştirak edən digər AFFA rəsmiləri gündəlikdəki müvafiq məsələlər barədə sualları cavablandırıb, təkliflərini səsləndiriblər.

CBC Sport televiziya kanalının baş direktoru İlham Rüstəmov kanalın test rejimində fəaliyyətə başladığı gündən indiyə qədər görülmüş işlər barədə məlumat verib, qarşılıqlı əməkdaşlığa görə klublara minnətdarlığını bildirib, Azərbaycan Premyer Liqası oyunlarının gələcəkdə də yüksək keyfiyyətlə və bütün qarşılaşmaların əhatə olunması şərtilə canlı yayımlanması üçün həlli vacib problemləri qeyd edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail