Elvin Yunuszadə: “Monako”yla oyuna qələbə qazanmaq, xal almaq üçün meydana çıxacağıq"

01.11.2015 | 2594 dəfə oxunub

"Qarabağ”ın müdafiəçisi Elvin Yunuszadə  Azərbaycan Premyer Liqasının 11-ci turunda AZAL-a qalib gəldikləri oyundan sonra Stadium.az saytına müsahibə verib:

- Qələbə qazansanız da, AZAL son dəqiqələrə kimi “Qarabağ”a yaxşı müqavimət göstərdi...

- Arıq Premyer Liqada elə bir vəziyyət yaranıb ki, heç bir oyunda rahat qalib gəlmək olmur. AZAL-la oyunda qələbə qazansaq da, futbolçularımız meydanda əziyyət çəkdilər. Bu oyunda qələbə bizə çox çətin oldu. Bundan sonra “Monako” ilə oyuna rahat hazırlaşa bilərik.

- “Qarabağ” son oyunlarda sanki çox qol vurmaqda çətinlik çəkir. Nəylə bağlıdır bu?

- Heç bir komanda çempionatda eyni səviyyədə çıxış edə bilməz. İstənilən komandada yüksəliş və eniş dövrü olur. Deməzdim ki, komandamızda stabillik yoxur. Bunu da normal qarşılamaq lazımdır. Çünki çempionatda sıx qrafiklə oynayırıq. Artıq ardıcıl dördüncü, ya da beşinci oyundur ki, üç gündən bir meydana çıxırıq. Bu da istər-istəməz həm fiziki, həm də psixoloji cəhətdən oyunumuza təsirini göstərir.

- Demək istəyirsən ki, hazırda “Qarabağ” eniş dövrünü yaşayır?

- Xeyr, eniş deməzdim, bir az yorğunluq var.

- Amma nəzərə alaq ki, heyətiniz də kifayət qədər genişdir...

- Razıyam. Amma bir heyətin optimal çıxış etməsi üçün daha çox bir yerdə oynaması lazımdır. Bu oyun meydanda bir heyət, gələn oyun o biri heyət olanda problemlər yaşanır. İstər-istəməz bir birimizi başa düşməkdə çətinlik çəkirik. AZAL bizdən öncə “Neftçi”yə qalib gəldi, “Qəbələ” ilə heç-heçə etdilər. Digər komandalar da artıq öz güclərini göstərməyə başlayıblar.

- Əvvələr “Qarabağ” daha çox qol vurardı. Komanda gücünə qənaət edir, yoxsa rəqiblər güclənib?

- Xeyr, gücünə qənaət etdiyini deməzdim. Bütün oyunlara eyni cür hazırlaşırıq. “Monako” ilə oyuna necə hazırlaşırıqsa, AZAL-a qarşı da elə hazırlaşmışdıq. Biraz yorğunçuluq, digər komandaların bizə qarşı əlavə motivasiya ilə meydana çıxmasının da oyunumuzun alınmamasına təsiri var. Artıq görürük ki, bütün komandalar bizə qarşı xüsusi motivasiya ilə oynayırlar.

- Son vaxtlar tez-tez əsas heyətdə yer alırsan. Artıq Bədavi – Elvin cütlüyünün hazırlandığını demək olar?

- Əlimdən gələni edirəm ki, əsas heyətə düşüm. Qurban Qurbanov da sağ olsun, mənə şans verir, psixoloji cəhətdən də çox kömək edir. Komandaya uyğunlaşmaqda çətinlik çəkmədim. Hazırda “Qarabağ”da özümü elə hiss edirəm, sanki uzun illərdi bu komandadayam. Baş məşqçimiz “Qarabağ”da elə bir şərait yaradıb ki, hamının oynamaq imkanı var. Bir oyun birimiz, sonra digərimiz oynayırıq. Oynaaq üçün hamıya şərait yaradılır.

- “Neftçi”nin müdafiəsini qorumaq daha asan idi, yoxsa indi çıxış etdiyin “Qarabağ”ın? Bu iki komandadan hansında oynamaq sənə daha rahatdı?

-Bu iki komandanı müqayisə etmək düzgün deyil, hərəsinin öz yeri var. “Neftçi”də əsasən, mübarizə futboluna üstünlük verilirdi. “Qarabağ”da isə daha çox topla oynamağa.

- Sənə hansı rahatdır?

- İndi topla oynamağa daha çox üstünlük veririk və bu, mənə daha rahat gəlir. Açığı, bu suala tam cavab vermək bir az çətindir.

- “Monako”yla oyun barədə nə düşünürsən?

- Orada bir qədər şans bizim tərəfimizdə olmadı. Heç nədən qol buraxdıq. Ancaq burda fərqli olacaq məncə. Buarada bütün “Qarabağ” sevərləri sevindirməyə çalışacağıq. “Monako”yla oyuna qələbə qazanmaq,  xal almaq üçün meydana çıxacağıq.

- “Neftçi”nin vəziyyəti hazırda acınaqcaqlıdır. Bu komanda barədə nə deyə bilərsən?


- “Neftçi”yə uğurlar arzulayıram. Hər bir komandanın düçşüş vaxtı olur. İnanıram ki, “Neftçi” əvvəlki vaxtlarına qayıdacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail