"Hücumlarımız zamanı bizim də müəyyən səhvlərimiz olur"

03.11.2015 | 3580 dəfə oxunub

Azərbaycan Premyer Liqasının XI turunun “Kəpəz”lə oyunu “Qəbələ”nin bu yay heyətinə qatdığı Vaqif Cavadov üçün əlamətdar olub.

Stadium.az xəbər verir ki, bundan əvvəlki turda meydana sonradan çıxan 26 yarımmüdafiəçi ilk dəfə “qırmızı-qaralar”ın start heyətində yer alıb.

V.Cavadov qarşılaşma haqda fikirlərini bildirib:

 “Baş məşqçi mənə etimad göstərib, ilk dəqiqələrdən meydanda olmaq üçün şans verdi. Təəssüf ki, bu qarşılaşmadan məğlub ayrıldıq. 90 dəqiqə daha üstün oyun nümayiş etdirdik. Rəqib qapısına hücumlar təşkil edib, qol imkanları yaratsaq da, sonda qol buraxaraq uduzduq. Artıq neçə görüşdür üstünlük bizdə olsa da, qalib gələ bilmirik. Lakin hələ qarşıda oyunlarımız var".


V.Cvadov hər şeyin qaydasına düşəcəyini vurğulayıb: 
"Hücumlarımız zamanı bizim də müəyyən səhvlərimiz olur. Onları da aradan qaldıracağıq. Öz oyunuma gəlincə isə bunu dəyərləndirmək istəməzdim. Həmişə klubum üçün, millidə isə yığmamız üçün oynamışam. Buna qiyməti isə mütəxəssislər versinlər”.

“Qəbələ” Avropa Liqasının IV turunda noyabrın 5-i Dortmund “Borussiya”sı ilə qarşılaşacaq. “Qırmızı-qaralar”ın heyətində avrokuboklarda hələlik meydana çıxmayan Cavadov Almaniya təmsilçisi ilə görüşlə bağlı fikirlərini bildirib:

“Borussiya” ilə oyuna səylə hazırlaşırıq. Bütün komandamız bu matça köklənib. Çox çətin oyun olacaq. Lakin biz Dortmunda məğlub olmağa getmirik. Bakıdakı ilk oyunda da bu rəqibə qarşı oynaya biləcəyimizi göstərdik. Həmin qarşılaşmada uduzsaq da, qol imkanlarımız da oldu. Lakin onlardan istifadə edə bilmədik. Meydana çıxıb-çıxmayacağım baş məşqçinin seçimindən asılıdır. Bu görüşdə mənim üçün qol vurmaqdan daha çox nəticə önəmlidir. Əlbəttə, hər futbolçu qol vurmaq istəyir. Lakin komandanın uğuru daha vacibdir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail