"Almaniyaya yalnız ümüdlə gedirəm"-Aleksey Qay

03.11.2015 | 3411 dəfə oxunub

"Qəbələ"nin yarımmüdafiəçisi Aleksey Qay "Borusiya" ilə qarşılaşmaq üçün Almaniyaya yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandırıb.


- Rəqiblə oyuna hansı ümidlərlə yollanırsız?

- Almaniyaya yalnız ümüdlə gedirəm. Bacardığım qədər oyunumuzdan həzz almağa çalışacağıq. Rəqibdən xal alacağımız üçün əlimizdən gələni edərik".


- İlk oyundan sonra necə düşünürsüz? Xalla dönmək realdı?

- Əlbəttə xal qazanacağımıza inanırıq. Əgər inanmasaydıq qrup mərhələsinə gələ bilməzdik.  Xal qazanmaq üçün yollanırıq.


- Bakıdakı oyundan sonra “Borussiya”nın zəif tərəflərini müəyyən edə bilmisiz?

- Elə bir komanda yoxdu ki, onun problemləri olmasın. Biz yüksək templə oynasaq və bu tempi sonadək davam edə bilsək o zaman nəticə olacaq.


- İlk oyunda kifayət qədər qol vəziyyətlərindən yararlana bilmədiz. Baş məşqçi bu çatışmazlıqların üzərində işləyib?

- Əlbəttə bunun üzərində işləmişik. Bu bizim çatışmayan cəhətimiz idi. Növbəti oyunda bələ şanslardan istifadə edib qol vurmalıyıq.


- Stadion tam dolacaq. “Borussiya”nın azarkeşlərindən çəkinmirsiz?

- Hamının yerinə cavab verə bilmərəm. Amma biz belə atmosferləri hiss etmək üçün bu turnirdə mübarizə aparırıq. Düşünürəm ki, buna öyrəşmək zamanıdı.


- Komanda iyun ayından sıx qrafiklə oynayır. Bu çətinlik yaratmır? Özünüzdə yorğunluq hiss edirsiz? 2 fərqli heyətlə oynamağın zamanı deyil?

- Heyəti dəyişmək məşqçinin işidi, buna məşqçi qərar verir. Mənim fikrimcə futbolçular yorulmayıb, hər iki cəbhədə mübarizə aparmağa gücümüz çatır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail