"Sabah daha sürətli oyun gözləyirik"

04.11.2015 | 2930 dəfə oxunub

“Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov Avroliqanın qrup mərhələsi çərçivəsində “Monako” ilə baş tutacaq oyun üçün təşkil edilən mətbuat konfransında fikirlərini aşıqlayıb. Stadium.az Qurbanovun dediklərini sizə təqdim edir:


- Siz çox zaman 4-2-3-1 taktiki sxeminə müraciət edirsiniz. Reynaldonun zədəli olması sizin oyun üslubunuza təsir edəcək?

- Elə güman etmirəm ki, sistemdə hansısa dəyişiklik baş versin. Ola bilər ki, oyununn gedişatından hansısa dəyişiklik olsun. Reynaldonun əvəzinə oynayacaq futbolçumuz var.

- Komandada psixoloji gərginlik varmı?

- Psoxoloji çətinlik hər zaman olur. “Monako” qalib gəlsə, minumum qrupda ikinci yeri tutacaq. Futbolçularımız özləri də bu oyunun məsuliyyətin dərk edir. Belə oyundlarda psioxoliji gərginlik varsa, deməli, futbolçular nəsə düşünür. Bəzən buna şad oluruq.

- Rəqibə heyət baxımından sürpriz hazırlamısınızmı?

- Elə də böyük dəyişiklik görünmür. Kiçik dəyişiklik ola bilər. 

- Premyer Liqamızın son turunda Vüqar Mustafayev gözəl qolla yadda qaldı. Sabah onu heç olmasa ehtiyatda görə bilərik?

- Əfsuslar olsun ki, bu suala tam cavab verə bilməyəcəm. Sabah buna qərar verəcəyik.

- Azarkeşlərin sabahkı oyuna marağı elə də böyük deyil. Sizcə, bunun səbəbi nədir?

- Ümid edirəm ki, azarkeşləri sayı sabah qədər artacaq. Sabah da onlar bizlərlə olacaq. Ola bilər hansısa çatışmazlıqlar var, biz bilmirik. Ancaq düşünmürəm ki, onların oyuna marağı azdır.

- Son bir həftədə Fransa mətbuatı “Qarabağ”dan çox yazır. Bir jurnalist isə qeyd edib ki, ola bilsin Bakıdakı oyundan sonra “Qarabağ”dan daha çox yazdıq. Onun bu fikirlərinə münanisbətin necədir?

- Sabah daha sürətli oyun gözləyirik. Baxmayaq ki, bizə çətin oyun olacaq, futbolçularımız daha diqqətli olacaq. Jurnalistin fikiriləri ilə razıyam.

- indiyə kimi yerli komandalarımız Fransa təmsilçilərinə qalib gələ bilməyib. Bu, statistika komandanıza mənfi təsir etməz ki?

- Yox. Biz hər bir komandaya qarşı oynaya bilərik. Sabah uğurlu nəticə əldə etmək istəyirik. Hər bir rəqibin gücünü tanıyırıq. Əlimizdən gələn ən yaxşısını edəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail