"Xal itirdiyimiz matçlarda əla olmasa da, yaxşı oynadıq"

04.11.2015 | 2755 dəfə oxunub

“Qəbələ” Avroliqanın qrup mərhələsi çərçivəsində sabah Dortmundda “Borussiya”nın qonağı olacaqlar. Bu görüşdən öncə mətbuat konfransı keçirən ukraynalı çalışdırıcı Roman Qriqorçuk jurnalistlərin suallarını cavablandırıb.

Stadium.az həmin müsahibəni təqdim edir:

- Bu gün Rəşad Sadıqovun konfransa olması o deməkdir ki, o, start heyətdə yer alacaq?

- Rəşad ona görə burdadır ki, yolu tanıyır(gülür). Sadıqov bu gün bizimlə bərabərdisə, demək belə olmalıdır.

- Futbolda inanclara inanırsızmı?

- Biz üzərimizdə işləməliyik ki, uğur əldə edə bilək. Tibbdə həkim xəstəsinə hər hansı dərman verir ki, iç, sakitləşəcəksən, xəstə də ona inanır. Gizlədiləsi bir şey yoxdu. Bəzi anlar olur ki, mən də inanclara inanıram. Həyatda düzgün yaşamaq lazımdı. Mən ancaq Allaha inanan insanam.

- Premyer Liqada son oyunlarda yaxşı nəticə əldə edə bilmirsiz. Komandanın psixoloji vəziyyəti ilə bağlı nə deyə bilərsiz?

- Komandamız son 3 oyunda lazım olan nəticəni əldə edə bilmədi. 9 mümkün xaldan 7-ni itirmişik. Odu ki, yerində verilən sualdı. Xal itirdiyimiz matçlarda da əla olmasa da, yaxşı oynadıq. Üstünlük bizim tərəfimizdə idi, amma qələbə qazana bilmədik. Səbəb odu ki, “Qəbələ” hücumları məntiqi sonluğa çatdırmağı yaxşılaşdırmalıdı. Görürsüz, mən necə nikbinəm. Bu o deməkdi ki, komandada psixoloji vəziyyət yaxşıdı. Bizə sabahkı oyundan həzz almaq lazımdı və başqa heç nə barəsində düşünmək istəmirik.

- Düşünmürsüz ki, hər dəfə bayram-bayram deməklə futbolçularınızı təzyiq altına salırsız? Oyuna adi qaydada yanaşmaq olmazmı?

- Bayram-bayram deməkdən pis bir şey görməmişik. Biz hər oyunumuzdan öncə bunu vurğulamışdıq və həmin görüşlərdə yaxşı təsir bağışlamışdıq. “Borussiya” ilə evdəki matçda biz qalib gəlmək istəyirdik, oyunun əvvəlində yaxşı imkanlarımız olmuşdu. Dünyanın “qrand” komandası ilə matçda hesabı açsaydıq, oyuna maraq artacaqdı. Biz istəyirik ki, hər dəfə oynadığımızdan daha yaxşı oynayaq. Əminəm ki, futbolçularım da mənim kimi düşünürlər. Sabah futbolçularımızın hər biri özlərinin ən yaxşı oyunlarını keçirəcəklər. Mən buna əminəm.

- Son oyunlarda Rafael Santos və Luis Hilario Dodo komandaya kömək edə bilmirdilər. Sabahkı qarşılaşmada onlar iştirak edə biləcəklərmi, durumları nə yerdədi?

- Onlar meydana çıxmağa hazırdılar. Etiraf edim ki, start heyətini özümdə müəyyənləşdirmişəm. Amma strateji cəhətdən bunu açıqlamayacam.

- Pyer-Emerik Obameyanqın qarşısını kəsmək üçün müdafiəçilərə xüsusi tapşırıq vermisizmi, nəsə düşünmüsüzmü?

- Obameyanq unikal idmançı, möhtəşəm oyunçudu. Onun haqda idman elmi öyrənməlidi. Obameyanq kimi fenomeni öyrənmək çox maraqlıdı. Həm gücü, həm də sürəti var. Boyu, gücü olsa da, meydanda yüngüldü, sürətlidi. Bu, futbolda önəmli məqamlardı. Biz başa düşürük ki, “Borussiya”nın heyətində önəmli fiqurdu. Təbii ki, ona qarşı hazırlaşmışıq, bunun çətin olduğunu bilə-bilə.

- Belə çətin oyunlarda həlledici məqam nə olur və yetirmələriniz sabah daha çox nəyə diqqət yetirməlidilər?

- Bu cür komandaya qarşı hər cəhətdən yüksək səviyyədə oynamalısan. Əbəs yerə demədim ki, hər bir futbolçumuz özünün ən yaxşı oyununu keçirməlidi. Bütün istəklər üst-üstə düşməlidi. Taktiki cəhətdən də düzgün oynayıb, rəqibin hücumlarının qarşısını kəsməliyik. Bu mənada, taktiki cəhətdən düzgün oynamaq bizim üçün böyük önəm kəsb edir. İlk növbədə, hücumda düzgün oynamalıyıq. Yalnız müdafiə olunmaqla, “Borussiya”dan xal almağı düşünmək ancaq utopiyadı, belə bir fikrimiz yoxdu. Biz sabahkı qarşılaşmada da hücuma daha çox üstünlük verəcəyik.

- Sabah komandanız rəqibi məğlub etsə, panama papağı qoymaq kimi, qeyri-adi bir şey fikirləşmisizmi?

- Hər şey ola bilər. Amma belə sürprizləri hər oyundan sonra etmək düzgün deyil. Keçən dəfə mərhələ keçmək ərəfəsində idik. Lakin sabah qalib gəlsək də, bu,heç nəyi dəyişməyəcək. Əgər növbəti matçlarda qrupdan çıxmaq üçün oynasaq, yeni sürpriz fikirləşmək olar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail