“Qəbələ” təkcə məndən ibarət deyil"

05.11.2015 | 2961 dəfə oxunub

“Qəbələ”nin kapitanı Luis Hilario Dodonun müsahibəsi

 

- Son vaxtlar zədəli olduğunuz üçün meydana çıxmırdız. Hazırda özünüzü necə hiss edirsiz və “Borussiya” ilə səfər görüşünə tam hazırsızmı?

- Bəli, tam hazıram. Özümü çox yaxşı hiss edirəm. Önəmli oyuna çıxacağıq. Şəxsən mən “Siqnal İduna Park”ı qalib kimi tərk etmək istəyirəm. Əgər bu görüşdə qələbə qazansaq, qrupdan çıxmaq barəsində düşünməyə başlayacağıq. Futbolda hər şey mümkündü. İkincisi də, “Qəbələ” yaxşı komanda olduğunu artıq sübuta yetirib. Məncə, istədiyimiz nəticəyə imza ata biləcəyik.

 

- Bakıda olduğu kimi, Dortmundda da çoxlu qol vəziyyətləri yarada biləcəksizmi?

- Bunu etməyə borcluyuq. Çünki qələbə qazanmaq istəyiriksə, qol vurmalıyıq. Qol vurmaq üçün isə qol vəziyyətləri yaratmaq lazımdı. Mən və hücum xəttində çıxış edən digər komanda yoldaşlarım əlimizdən gələni edəcəyik ki, qol vuraq.

 

- Bu mövsüm avrokuboklarda 4 dəfə rəqib qapılarına yol tapmısız. Yəqin ki, bu seriyanı Dortmundda da davam etdirmək arzusundasız...

- Çox istəyirəm. Qol vurmaq üçün əlimdən gələni edəcəm. Birincisi, qol vurmaqla, “Qəbələ”nin qələbə qazanmasına kömək etmək istəyirəm. İkincisi, bu, mənim karyeram üçün də müsbət haldı. Bu cür görüşlərdə qol vuranda Avropada səni daha yaxından tanıyırlar.

 

- Sözünüzdən belə başa düşdüm ki, bu cür görüşlərdə özünüzü yaxşı tərəfdən göstərməklə, Avropa klublarından birinə keçmək istəyirsiz...

- Etiraf edim ki, bu il çox təklif aldım. Klubların və ölkələrin adlarını açıqlamaq istəmirəm. Təkcə onu deyə bilərəm ki, Braziliyadan yox, Avropa klublarından təklif almışam. Amma mən “Qəbələ”ni çox sevirəm. Bu klub mənə və ailəmə çox şey verib. Azərbaycanda özümə çoxlu dost qazanmışam. Təbii ki, Avropanın iddialı klublarından birində çıxış etmək istərdim. Amma bu, vəziyyətdən asılıdı. Gələcək karyeramla bağlı vaxtı çatanda qərar verəcəm. Əgər mənim üçün yaxşıdısa, qalacam. Lakin karyeramı inkişaf etdirmək də pis olmazdı. Gələcəkdə necə olacağını bilmirəm, bunu zaman göstərəcək. Klubla müqaviləmin müddəti mayda başa çatacaq.

 

- “Qəbələ”, onsuz da, bu mövsüm Avroliqada gözləniləni edə bildi. Hazırkı nəticə ilə razılaşırsız, yoxsa daha artığına imza atmaq arzusundasız?

- Təbii ki, qrupdan çıxmaq istərdik. Amma bu, indiki məqamda çətin görünür. Əgər “Borussiya”, PAOK və “Krasnodar” kimi komandalarla eyni qrupda yer alırsansa, işin asan olmur. Pley-offda mübarizədən kənarlaşdırdığımız “Panatinaikos” da böyük komandadı. Futbol indi hər yerdə inkişaf edir. Azərbaycanda da futbol inkişafdadı.

 

- 5 ildi “Qəbələ”də çıxış etsəniz də, hələlik Azərbaycan çempionu ola bilməmisiz...

- Hər şey mümkündü. “Qəbələ” səviyyəli komandadı. Güclü baş məşqçimiz var, heyətdə səviyyəli futbolçular qərarlaşıb. “Qəbələ” bu mövsüm çempionluğa oynayır. Çox istəyirəm ki, Azərbaycan çempionu olum.

 

- “Qəbələ”nin son 2 oyunda xal itirməsi sizin yoxluğunuzla bağlı idi, yoxsa?

- Mən belə düşünmürəm. “Qəbələ” təkcə məndən ibarət deyil. Digər futbolçularımız da komandanın uğur qazanması üçün əllərindən gələni edirlər. Düzdü, son oyunlarda xal itirməyimiz yaxşı olmadı. Amma bunu mənim oynamamağımla bağlamaq düzgün deyil. apasport



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail