Roman Qriqorçuk: "Öyrənməli olduğumuz çox şeylər var"

06.11.2015 | 3330 dəfə oxunub

"Qəbələ" Avropa Liqasının 4-cü turunda səfərdə "Borussiya"ya 4 cavabsız qolla məğlub oldu. Stadium.Az xəbər verir ki, oyundan sonra Qəbələ klubunun baş məşqçisi Rooman Qriqorçuk mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Nəticədə günahkar kimdi? Böyük komandaya qarşı oynadıq. Rəqibimiz Avropa Liqasının finalında oynayacaq. Onları qələbə münasibətilə təbrik edirəm. Bu komandanın yeri Çempionlar Liqasıdı. “Borussiya” çox güclü komanda olduğunu bir daha göstərdi. Nə baş verdisə, bizim xeyrimizə oldu. Bununla, məğlub olduğumuz üçün sevindiyimi demək istəmirəm. Əlbəttə ki, nəticədən razı deyiləm. Sadəcə, bu oyunda hər cəhətdən yaxşı dərs götürdük. Öyrənməli olduğumuz çox şeylər var.

- Dünən nə fikirləşirdiz, bu gün nə alındı?

- Bizə nə gözlədiyini bilirdik. Amma yenə də nəsə edəcəyimizə ümidli idik. Qorxulu bir şey baş vermədi. Bu gün baş verməli olan şey oldu. Çünki rəqib komanda bizdən çox güclü idi.

 

- Vaqif Cavadov bura nə üçün gəlmişdi?

- Onsuz da, əhvalım yoxdu. Bu cür sual verməklə, məni bir qədər də əsəbiləşdirmək istəyirsiniz. Məşqçilər heyətinin bu oyun üçün yaxşı vəziyyətdə gördüyü futbolçular heyətə daxil edilmişdilər. 

 

- “Qəbələ”nin uğursuz oyunlar seriyası “Borussiya” ilə görüşdən başlamışdı. Buna məhz “Borussiya” ilə oyundan sonra son qoyulacaqmı?

- “Borussiya” haqda sözlərimi dedim. Möcüzə baş vermədi. Bilirsiz ki, futbolda möcüzə nadir hallarda baş verir. O ki qaldı seriyaya, biz Azərbaycan çempionatındakı son oyunlarda planlaşdırdığımız xalları qazana bilmədik. Bunların səbəbini bir daha təkrar edirəm ki, hücumları məntiqi sonluğa çatdırmaqda çətinlik çəkirik. Bundan sonra müəyyən qərara gəlib, düzəlişlərimizi edəcəyik.

 

- Çox əsəbi görünürsüz. Bunun səbəbi özünüzsüz, yoxsa futbolçular?

- Xeyr, əsəbi deyiləm. Sadəcə, məyusam, əhvalım pisdi. Ola bilsin, əvvəlki sual məni bir az özümdən çıxartdı. Amma hazırda yaxşıyam.

Sizə gələn təkliflərə hansı reaksiyanı verəcəksiz?

- “Qəbələ”ni sevirəm, bu klubun rəhbərliyinə, futbolçularına hörmətlə yanaşıram. İstəyirəm ki, əlimdən gələni edim və “Qəbələ” daha yüksək səviyyəli komanda olsun. Mənim məqsədim budu. Təkliflər barəsində isə danışmağa dəyməz. Çünki “Qəbələ”də görəcəyimiz işlər var, komanda daha güclü olmalıdı. Biz başa düşürük ki, indiki məqamda “Borussiya” ilə müqayisədə biz kimik və nə qədər iş görməliyik? İnkişaf addım-addım olur. Beynimdə olan fikir komandanı daha da inkişaf etdirməkdi.

- “Krasnodar” PAOK-a qalib gəldi. Bununla “Qəbələ”nin növbəti mərhələyə yüksəlmək şansı itdi. Qrupdakı son 2 görüş sizin üçün hansı əhəmiyyət daşıyacaq?

- Şansımızı tamamilə itirməmişik. Az da olsa, şansımız qalır. Düzdü, təkcə bizdən asılı deyil. Rəqiblərimizin xal itirməsində maraqlıyıq. Sadəcə, qarşıdakı 2 oyunda qalib gəlməklə, tam itirilməyən şansımızı bərpa etmək istəyirik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail