" Onlar bizim irəli mövqedə olan sürətli futbolçularımızdan çəkinirlər"

06.11.2015 | 2990 dəfə oxunub

"Oyuna yaxşı hazırlaşmışdıq. Qalib gəlmək istəyirdik. Ancaq ani bir səhvdən qapımızda qol gördük. Düşünürəm ki, yaxşı oyun göstərdik. Daha da yaxşı ola bilərdik". 

Stadium.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Qara Qarayev Avropa Liqasının qrup mərhələsində "Monako" ilə 1:1 bərabərə qaldıqları oyundan sonra deyib. 

Qarayev buraxılan qolda təkcə özünün yox, bütün komandanın səhvi olduğunu bildirib: "Azarkeşlərə təşəkkürümü bildirirəm. Bizləri sona qədər dəstəkləyirlər və tək qoymurlar. Bu oyunda əlimizdən gələni etdik. Ancaq "Monako" kimi bir komandaya məğlub olmadıqsa, bunun özü də bir nəticədir. Qolun buraxılmasında özümdə səhv görmürəm. Əgər qol buraxılırsa, hamımızın səhvidir. "Monako"da ustalıq səviyyəsi yüksək olan futbolçular çoxdur. Hər hansı bir səhvi bağışlamırlar. 

Oyunboyu bir-iki epizodda mərkəzdə səhv etdik. Onlardan biri də qolla nəticələndi. Buraxılan qoldan sonra bizim də şansımız oldu. Əks hücumlara çıxdıq, amma istifadə edə bilmədik. Rəqibin açıq oynaması qol vurmağımız üçün bizə sərf edərdi. Düşünürəm ki, hələ heç nə bitməyib. "Anderlext" səfərindən yaxşı nəticə ilə qayıtsaq, qrupdan çıxmaq üçün şansımız artacaq. Son vaxtlar əksər komandalar bizə qarşı öz meydanımızda ehtiyatlı oynamağa çalışırlar. Onlar bizim irəli mövqedə olan sürətli futbolçularımızdan çəkinirlər".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail