"Azərbaycan millisi türk idman ictimaiyyətinin müzakirə mövzusudur"

02.10.2011 | 4915 dəfə oxunub

“Türkiyədə olduğum müddətdə 5 oyunu izlədim. İstər Superliqa, istərsə də aşağı dəstədə mübarizə aparan komandaların məşqçiləri, menecerlərə, futbolla məşğul olan hər kəs məndən yalnız 1 şey soruşurdu – Azərbaycan millisində vəziyyət necədir? Amma onlara məlumat vermədim, çünki milli barədə danışmaq səlahiyyətlərimə daxil deyil”. Stadium.az xəbər verir ki, bu sözləri Bakının “Neftçi” klubunun sabiq türkiyəli məşqçisi Mehmet Ak deyib.
Böyükağa Hacıyevin gəlişindən sonra əsas heyətdən uzaqlaşdırılan Ak “Neftçi”nin prezidenti Sadıq Sadıqovla görüşmək üçün Bakıya qayıdıb. 
2013-cü ilə qədər müqaviləsi olan Ak bundan sonra çox güman ki, aşağı yaş qruplarında fəaliyyət göstərəcək. 
Gənc mütəxəssis bildirib ki, Türkiyədə indiki qədər heç vaxt Azərbaycan millisinə maraq olmayıb: “Azərbaycan millisinin seçmə mərhələdə Türkiyəni udması, sonra Belçikadan xal alıb, yardımçı olması Türkiyədə unudulmayıb. Azərbaycan millisi türk idman ictimaiyyətinin müzakirə mövzularındandır”.
Azərbaycan millisi ilk oyunda qalib gəldiyi (1:0) Türkiyə millisi ilə cavab görüşünü oktyabrın 11-də səfərdə keçirəcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail