"Ardıcıl məğlubiyyətlərdən sonra futbolçuları motivasiya etmək çətindir"

08.11.2015 | 3317 dəfə oxunub

Premyer Liqanın XII turu “Rəvan” üçün əlamətdar alındı. “Rəvan” səfərdə “Neftçi”ni 3-2 hesabı ilə məğlub edərək, cari mövsümdə ilk qələbəsini qazandı. Stadium.az xəbər verir ki, oyundan sonra “Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov bunları deyib:


“Bu cür hava şəraitində çox sürətli olan rəqibə qarşı ağır oyun keçirdik. “Neftçi”ni təhlil etmişdik, boşluqlarını bilirdik. Oynadıq və cari mövsümdə ilk qələbəmizi qazandıq. Ümidvaram ki, bu qələbə futbolçularda özünəinam yaradacaq və uğurların davamı gələcək. Futbolçulara minnətdaram və mənə inananlara təşəkkür edirəm. Futbolçuların potensialı var. Sadəcə, ardıcıl məğlubiyyətlərdən sonra futbolçuları motivasiya etmək çətindir. Amma həmin durumdan sonra qazanılan qələbənin davamı gəlir. İndiki qələbə şirin gəlsə də, daha çox sevinməyə imkan vermir. Çünki turnir cədvəlindəki mövqeyimiz yaxşı deyil”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail