5-ci dəfə 2 qol və məğlubiyyət

03.10.2011 | 6738 dəfə oxunub

“Qəbələ” Premyer Liqanın 2011/12 mövsümündə 3-cü məğlubiyyətini “Rəvan”la VIII turun ev oyununda aldı. Stadium.az xəbər verir ki, bu yenilgi əvvəlkilərdən fərqli oldu. Belə ki, komanda rəqib qapısına 2 qol vursa da, bu, xal qazanmaq üçün yetərli olmadı. 

Bir qarşılaşmada 2 və daha artıq qol vuran komandanın məğlub olması o qədər də çox qeydə alınan hadisə deyil. 2005-ci ildə yaradılan “Qəbələ” “Rəvan”a 2:3 hesabı ilə uduzduğu matça qədər 4 dəfə bu halla üzləşmişdi. Bu matçların birincisində klub hələ “Gilan” adlanarkən məhsuldarlıq fonunda xalsız qalıb.

“Rəvan”la görüşədək yalnız “Neftçi” “Qəbələ”nin meydanında buraxdığı 2 qola daha çox qolla cavab vermişdi. Digər 3 komanda isə öz meydanında bunu bacarıb. Toni Adamsın yetirmələri ilk dəfə belə halla üzləşib. Çünki əvvəlki 4 qarşılaşma Ramiz Məmmədovun baş məşqçiliyi fövründə yaşanıb.

2 qolun xal qazanmağa bəs etmədiyi oyunlar
22.02.2007 Qarabağ - Gilan - 3:2
02.03.2008 Qəbələ - Neftçi – 2:3
03.05.2008 Turan – Qəbələ - 4:2
26.09.2009 İnter – Qəbələ - 3:2
30.09.2011 Qəbələ - Rəvan – 2:3



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail